140
Biokimyəvi rolu
Bu bölmədə karbon qazının (СО
2
) canlı orqanizmdə
əmələ
gəlməsi,
keçdiyi
yolları
və
biokimyəvi
transformasiyalara məruz qaldığı həyati əhəmiyyət kəsb
etdiyi məsələlərdən bəhs ediləcək.
İnsan fiziki iş görmədiyi anda (sakit halda) onun
toxumalarından ağ ciyərinə hər dəqiqə 180 ml karbon qazı
daşınır. Bunu çox asan hesablamaq olar. Əgər nəfəsalma
əmsalı 0,85-dirsə, onda sakit halda toxumalar vasitəsi ilə
200 ml oksigenin qəbulu zamanı 170 ml (200•0,85) karbon
qazı əmələ gələcəkdir. Həqiqətdə isə bu kəmiyyət bir qədər
böyük olmalıdır, çünki sakit halda qəbul olunan oksigenin
miqdarı 200 – 240 ml arasında cərəyan edir.
Bütünlüklə sutka ərzində hava ilə tənəffüs zamanı insan
orqanizminə təxminən 600 L oksigen daxil olur və ətraf
mühitə 480 L (~ 942,8 q) karbon qazı ixrac olunur ki, bu da
21,4 mol karbon qazına uyğundur.
Karbon qazının (СО
2
) orqanizmin toxumalarından
ciyərlərə ötürülməsinin bir neçə mexanizmi vardır. Onun bir
hissəsi fiziki həll olmuş şəkildə ötürülür. Qan plazmasında
СО
2
-nin həll olma qabiliyyəti О
2
-nin həll olmasından 40
dəfə çoxdur, baxmayaraq ki, çox da yüksək olmayan
arteriovenoz fərqində Р
СО2
(ciyər arteriyaları ilə ciyərlərə
gedən СО
2
-nin venoz qanda təzyiqi 60 qPa-dırsa, arterial
qanda isə 53,3 qPa-dır) fiziki həll olmuş şəkildə (sakit
halda) 12-15 ml СО
2
ötürülə bilər ki, bu da bütün ötürülən
karbon qazı miqdarının 6-7% - ni təşkil edir.
Bir hissə СО
2
karbamin şəklində ötürülə bilir. Müəyyən
olunmuşdur ki, СО
2
karbamin əlaqəsi vasitəsi ilə