114
“Su – buz” struktur keçidi
Su soyuduqda öncə özünü başqa kimyəvi maddələr kimi
aparır: azacıq sıxılır – məxsusi həcmini azaldır. Lakin 4 ºC-
də (lap dəqiqi, 3,98 ºC-də) böhran halı başlayır – struktur
dəyişmələri, və temperaturun sonrakı aşağı enmələri onun
həcmini azaltmır, əksinə çoxaldır
{107}. Adi şəraitdə suyun
temperaturu 0 °С-dən aşağı endikdə kristallaşır və beləliklə,
buz əmələ gəlir. Əmələ gələn buzun malik olduğu həcm
ilkin əmələ gəldiyi suyun həcmindən ~ 10% çox olur. Suyun
bu cür qeyri-adi xüsusiyyəti onun molekullarının öz
aralarında orientasiya, induksiya, dispersion
(Van-der-Vaals
qüvvələri) və qonşu molekulların hidrogen və oksigen
atomları arasında
hidrogen əlaqələrinin yaranması hesabına
molekullararası assosiatların əmələ gəlməsi ilə izah olunur
{108,109}. Bu qarşılıqlı təsirlərin hesabına su molekulları
həm təsadüfi
assosiatlar, yəni nizamlı quruluşun olmaması,
həm də müəyyən quruluşlu
assosiatlar – klasterlər əmələ
gətirmək xüsusiyyətinə malikdir. Maye suda (şəkil 12-də,
solda) bəzi qonşu molekulların hidrogen rabitələri
dayanıqsız, tezötüşən quruluşlar əmələ gətirirlər. Buzda isə
(sağda) hər bir su molekulu digər dörd qonşu molekullarla
möhkəm əlaqəlidir.
117
Şübhəsiz, suyun istilik sistemi üçün istilik stansiyalarında
qızdırılmasına sərf olunan enerji həmin miqdar havanın
qızdırılmasına sərf olunan enerjidən təxminən 4 dəfə
çoxdur. Lakin evimizdə isti su batareyası həmin miqdar isti
havanın verdiyi istilikdən 4 dəfə çox istilik verəcəkdir. Buna
görə də təsadüfi deyildir ki, istilik sistemlərində istilik
daşıyıcı kimi sudan istifadə edilir. Elə bu səbəbdən də su əla
soyuducu kimi də işlənilir.
Suyun daha bir unikal xassəsi qızdırılması zamanı
müşahidə olunur. Onun buxarəmələgətirmə istiliyi
həddindən artıq çoxdur. Məsələn, 100 °С-dək qızdırılmış 1
q suyu buxarlandırmağa sərf olunan istilik həmin miqdar
suyun 0-dan 80 °С-dək qızdırılmasına sərf olunan istilikdən
6 dəfə çoxdur. Buxar yüksək temperatur və yüksək təzyiqlə
məhtəşəm buxar enerjisinin elektrik enerjisinə çevrildiyi
buxar turbogeneratorlarına ötürülərək insanların ümdə
tələbatını yerinə yetirir. Bir sözlə, su texniki sistemlərdə
müntəzəm işləyərək insanlara əhəmiyyətli dərəcədə xeyir
verir. Amma suyun istilik tutumu həmişə bu şəkildə yüksək
olarsa, biz, istiqanlılar çətin vəziyyətə düşə bilərik. Gəlin
mühakimə edək. Bizim orqanizmimizdə bütün proseslərin
təminatı üçün gərək olan istilik balansı qəbul etdiyimiz qida
və ətraf havanın
enerjisi sayəsində tənzimlənir.
Orqanizmimizdə yüksək istilik tutumuna malik həddindən
çox su olmasını nəzərə alsaq, onda bizə bədənimizin normal
temperaturunu (36-37 °С) saxlamaq
üçün külli miqdar enerji
lazım olacaqdır. Bizə çoxlu miqdar qida qəbul etmək və ya
isti batareyanın üstündə oturub o tərəf bu tərəfimizi isitmək
tələb olunacaqdı. Digər tərəfdən, əgər suyun istilik tutumu
aşağı olardısa, onda kənardan verilən hətta azacıq istilik
belə, (məsələn, Günəş işığı) bədənimizin temperaturunun
ani qalxmasına gətirib çıxarardı və nəticədə bədənimizdə,
əsasən suyun xüsusiyyətləri ilə tənzimlənən bütün fizioloji