101
və nitritlərə çevrilir. Bu cür
“azot yığan” bakteriyalar iki
növə ayrılırlar: bitki köklərində bilavasitə yaşayan və sadəcə
torpaqda
yayılmış
bakteriyalar.
Maraqlıdır,
bu
mikroorqanizmlər azotu necə yığıb fiksasiya edə bilirlər?
Onlar bilavasitə havadan azotu mənimsəyərək onu oksigenlə
birləşdirərək bitki köklərinə ötürürlər. Bitki köklərində
yaşayan azot yığan bakteriyalar özlərinə lazım olduğundan
çox azot yığdığından, artıq qalanını bitki köklərinə ötürürlər
və ya onların bir qismi hansı səbəbdənsə məhv olduqdan
sonra bitki tərəfindən mənimsənilir. Bitki məhv olduqdan və
ya məhsul biçildikdən sonra yenidən azot torpağa qayıdır.
Hava azotunun əlaqələndirilməsi (fiksasiyası)
Sərbəst yaşayan, simbiotik olmayan torpaq bakteriyaları
(
Clostridium, Azotobacter,
Rhodospirillum) və yosunlar
(
Nostoc, Calothrix), həmçinin köküyumru paxlalı bitkilərin
kökləri ilə əlaqəli bakteriyalar zülalın konstitusion sintezi
üçün havanın azotundan istifadə edirlər
{86-88}.
Şumlanmış torpaqda qeyri-simbiotik əlaqəli azotun miqdarı
ildə bir hektara 7 kq, çəmənliklərdə isə 20 kq təşkil edir.
Lakin, çətin ki, o, azot gübrəsindən həddən çox istifadə
edildiyi zaman əhəmiyyətli rol oynaya bilsin, çünki bu halda
mikroorqanizmlər başlıca olaraq azot gübrəsi ilə
qidalanırlar. Simbiotik əlaqəli azot, paxlalı bitkiləri gübrə
olmadan yetişdirən zaman bir il ərzində bir hektar sahəni 60
kq azotla təmin edir. Torpağın həddən çox turşulaşdırılması,
qida maddələrinin çatışmaması, fiziki şərtlərin qeyri-
qənaətbəxş olması və bakteriofaqlarla yox etmə yumrukök
bakteriyaların məhvinə gətirib çıxarır.