95
əmələ gətirirlər. Azot atomları arasında N – N ölşülən
məsafə 1,095 Å-dir. Azot molekulu simmetrik və
antisimmetrik olan iki müxtəlif spin momentli nüvələrə
malikdir {59,60}. Adi şəraitdə simmetrik formanın
antisimmetrikə olan nisbəti 2:1-dir. Bərk halda azotun iki
modifikassiyası məlumdur: – kubik və – heksaqonal,
bunlar arasında temperatur keçidi
–237,39 С.
modifikasiya –209,96 С-də əriyir və 1 atmosfer təzyiqdə –
195,78 C-də qaynayır. Bir mol (28,016 q və ya 6,023 10
23
molekul) molekulyar azotun atomar azota (N
2
→ 2N)
dissosiasiya enerjisi 225 kkal-dir. Buna görə də azot atomu
kiçik elektrik boşalmalarında əmələ gələ bilər və molekulyar
azota görə kimyəvi aktivdir.
Alınması və tətbiqi
Azot elementinin alınma üsulu tələb olunan təmizlik
dərəcəsindən asılıdır. Azot külli miqdarda amonyakın
sintəzi üçün alınır. Bu zaman az miqdarda nəcib qazların da
onunla birgə alınması yol verilə biləndir. Azotun havadan
ekonomik alınması ucuz yolla təmizlənmiş havanın (su
buxarından, CO
2
-dən, tozdan və başqa qarışıqlardan)
sıxılmasına əsaslanır. Ardıcıl olaraq havanın sıxılması,
soyudulması və genişləndirilməsi onun mayeləşməsinə
gətirib çıxarır. Maye hava temperaturun yavaş-yavaş
qaldırılması yolu ilə fraksion destilləyə uğradılır. Birinci
olaraq nəcib qazlar – arqon və helium, sonra azot ayrılır,
maye oksigen isə qalıq kimi qalır. Bu təmizlənmə prosesi bir
neçə dəfə təkrar olunaraq saf şəkildə məhsullar alınır. Bu
üsulla il ərzində kənd təsərrüfatı və sənaye üçün müxtəlif
azottərkibli birləşmələrin istehsalı texnologiyasında ilkin
məhsul kimi istifadə olunan bir neçə milyon ton azot alınır.
96
Laboratoriya üsulu ilə alınması
Azotu laboratoriyada az miqdarda müxtəlif üsullarla –
amonyakı və ya amonium ionunu oksidləşdirməklə almaq
olar {43,44}, məsələn:
2NH
3
+ 3Вг
2
→
N
2
+ 6H Вг
2NH
4
+
+ Cr
2
O
7
2
+ 6H
+
→
2Сr
3+
+ N
2
+ 7Н
2
О
2NH
4
+
+ 3MnO
2
→
2MnO + N
2
+ 4Н
2
О+ Mn²
+
2NH
4
+
+ 3F
2
→
N
2
+ 6HF + 2H
+
Amonium ionunun nitrit ionu ilə oksidləşdirilməsi daha
sərfəli üsuldur:
NH
4
+
+ NO
2
→
N
2
+ 2Н
2
О
Digər üsullar da məlumdur – azidlərin termiki parçalanması,
mis-2 oksid ilə amonyakın parçalanması, nitritlərin sulfamin
turşusu və ya sidik cövhəri ilə qarşılıqlı təsiri.
2NaN
3
→
3N
2
+ 2Na
2NH
3
+ 3CuO
→
N
2
+ 3Cu + 3Н
2
О
NO
2
+ NH
2
SO
2
OH
→
N
2
+ HSO
4
+ Н
2
О
NO
2
+Н
+
+ NH
2
CONH
2
→
N
2
+ НСО
3
+ NH
4
+
Amonyakın yüksək temperaturda katalitik parçalanmasından
da azot almaq mümkündür:
2NH
3
→
N
2
+ 3H
2
97
Kimyəvi xassələri
Yuxarıda qeyd edildiyi kimi, adi şəraitdə azotun
üstünlük təşkil etdiyi xüsusiyyətlərindən biri onun az
kimyəvi aktiv olması – inertliyidir. Azotun elektron
strukturu 2s-səviyyədə bir cüt elektronu və üç elektronu isə
2р- yarımsəviyyə orbitalında yerləşmişdir, buna görə də bir
azot atomu dörddən çox digər atomu özünə birləşdirə
bilməz, yəni, koordinasiya ələdi 4-ə bərabərdir {59}.
Həmçinin azot atomunun kiçik ölçüdə olması onunla
birləşən
atomlar
və
atom
qruplarının
miqdarını
məhdudlaşdırır. Buna görə də VA yarımqrupunun digər
üzvlərinin bir sıra birləşmələrinin azot birləşmələri arasında
ya analoqları yoxdur və ya da azotun analoji birləmələri
qeyri-stabildirlər. Belə ki, PCl
5
stabil maddədirsə, NCl
5
isə
mövcud deyildir. Azot atomu digər azot atomları ilə
birləşərək lazımi səviyyədə stabil maddələr əmələ gətirmək
xüsusiyyətinə də malikdirlər, məsələn, hidrazin N
2
H
4
və
metal azidləri kimi MN
3
. Belə tip əlaqələr karbon və
silisiumdan başqa digər atomlara aid deyildir. Doğrudur,
karbon və silisiumda bu cür əlaqələr uzun zəncir tipli olursa,
azot
timsalında
bu
mümkün
deyildir.
Yüksək
temperaturlarda azot bir sıra metallarla reaksiyaya girərək
natamam (qismən) ionlaşmış nitridlər M
x
N
y
əmələ gətirir.
Bu birləşmələrdə azot mənfi yüklənmişdir. Cədvəl 1-də
azotun oksidləşmə dərəcələri və uyğun birləşmələrin
nümunələri verilmişdir.
Dostları ilə paylaş: |