86
uyğundur.Karbonun belə hibridləşməsi metan və
digər karbohidrogenlərdə də özünü göstərir.
triqonal, bir
s- və iki
p-elektron orbitallarının
qarışmasından əmələ gəlir
(sp²- hibridləşmə).
Karbon atomu bir-birindən 120º bucaq altında bir
müstəvidə yerləşmiş üç bərabər qiymətli σ-rabitəsinə
malikdir. σ-rabitələrinin müstəvisinə perpendikulyar
yerləşmiş, bu hibridləşmədə iştirak etməyən
dördüncü p-orbital başqa atomlarla π-əlaqənin
əmələ gəlməsində istifadə olunur. Karbonun bu tip
həndəsi
quruluşu
qrafit,
benzol,
aromatik
karbohidrogenlərə xasdır
.
diqonal, bir
s- və bir
p-elektronun qarışmasından
əmələ gəlir
(sp-hibridləşmə). Bu halda iki elektron
buludu bir istiqamət boyunca gərilmiş və simmetrik
olmayan qantellərə bənzəyir. Iki digər
p-elektronlar
π-rabitələrini əmələ gətirir. Karbonun belə həndəsi
füqura malik atomu xüsusi növ allotropik
modifikasiya
– karbin əmələ gətirir.
Qrafit və almaz
Karbonun əsas və hərtərəfli öyrənilmiş modifikasiyaları
almaz və qrafitdir. Adi şəraitdə termodinamik cəhətcə stabil
qrafitdir, almaz və digər formalar metastabildirlər. Atmosfer
təzyiqi altında və 1200 ºK-dən yüksək temperaturda almaz
qrafit formaya keçməyə başlayır, 2100 ºK-də bu çevrilmə
bir saniyədə baş verir. ΔН
0
keçidi – 1,898 kcoul/mol – dur.
Atmosfer təzyiqi altında karbon 3780 ºK-də sublimasiya
edir. Maye karbon yalnız müəyyən xarici təzyiq altında
mövcud ola bilir. Üçlü nöqtə:
qrafit-maye-buxar Т = 4130
K,
р = 10,7 MPa. Qrafitin almaza birbaşa keçidi 3000 ºK və
11—12 QPа təzyiq altında baş verir. Güman edilir ki, 60
QPa –dan yuxarı təzyiqlərdə karbonun daha sıx, metallik