76
Spektrin yaşıl sahəsində iki xarakterik udulma zolağı vardır:
а (
max
576 А°) и
b (542 А°). Ferrihemoqlobində
(methemoqlobin) pH-ın neytral qiymətlərində oksigenin
yerini su tutur (pH-ın qələvi qiymətlərində), dəmir hem
müstəvisinə dezoksihemoqlobindəkinə görə əhəmiyyətli
dərəcədə yaxın olur, bütün 5 ədəd
d-elektronlar
cütləşməmişlər və 5 ədəd
d-orbitallarını tuturlar.
S = 5/2 və
maqnit momenti 5,91 BM- bərabərdir.
Aktiv mərkəzdə (hemə yaxın) struktur dəyişmələri bütün
zülalın
əhəmiyyətli
dərəcədə
fəza
strukturunun
dəyişmələrinə gətirib çıxarır. Ayrıca aminoturşu qalıqlarının
oksigenasiyada sürüşməsi 7 А -ə çatır. Yuxarıda qeyd
edildiyi kimi, hemoqlobinin dördlü strukturu iki - və iki -
subyektin, birlikdə dörd polipeptid zəncirlərin miqdarı ilə
xarakterizə olunur.
Hərtərəfli tədqiqatlar göstərdi ki, subyektlər
-dimerləri
əmələ gətirirlər. Т R – keçidi bir dimerin o biri dimerə
nəzərən 12-15 dönməsi ilə baş verir və sonda hemin
yerləşdiyi yuvacığın böyüməsinə gətirib çıxarır. Bu struktur
dəyişiklikləri bir molekul oksigenin sərbəst hemlərdən
birinə birləşməsi ilə start götürür və bütün qlobul üzrə
yayılır. Məhz buna görə də bərabər qarışıqda həmişə yalnız
T- və R-formalar iştirak edir. Bu dimerlər T-formada 14
əlavə duz körpücükləri ilə (R-forma ilə müqayisədə)
bir yerə
yığılırlar (ionlar və ya neytral aminoturşu qrupları arasında
van-der-vaals kontaktları arasındakı hidrogen əlaqələri).
Bundan
əlavə,
T-formada
-subyektləri
arasına
difosfoqliserat
molekulu
girərək
onları
bir-birinə
yaxınlaşdırır ki, bu da yuvacıqların daralmasına səbəb olur.
Bu dəyişmələr sxematik olaraq şəkil 7-də təqdim
olunmuşdur.
77
Hemoqlobinin T-formadan R-formaya keçidinin struktur
sxemi
Şəkil 7
T- və R-formaları arasında keçidlər zamanı bütün yuxarıda
qeyd olunan struktur dəyişmələrinin baş verməsinə səbəb
oksigenin birləşməsi və ayrılmasıdır. Lokal elementar
kimyəvi aktdan sonra: aşağımolekullu liqandın
birləşməsi və
qırılması, ferrihemoqlobinin əmələ gəlməsi ilə dəmirin
oksidləşməsi (başqa sözlə, artıq müsbət yükün dəmirdə
əmələ gəlməsindən sonra) – tarazlıqda olmayan mühüm
konformasiya halı meydana gəlir – aktiv mərkəzin
yaxınlığında artıq dəyişikliklər baş verdi, bütün möhtəşəm
zülal molekulu isə dəyişməz qaldı, sanki istirahət etdi.
Sonrakı
relaksasiya
(gərginliyin
zəifləməsi)
mikrosaniyələrlə ölçülür. Bu relaksasiya gedişində zülalın
nəinki fiziki, həm də kimyəvi xassələri dəyişir, o cümlədən,
ardıcıl kimyəvi aktların sürətləri, əgər onlar relaksasiyanın
tam başa çatmasına nail ola bilirlərsə. Beləliklə, yuxarıda
qeyd olunan hemoqlobinlə oksigenin dönər əlaqələri ilə