98
Cədvəl 1. Azotun oksidləşmə dərəcələri və
uyğun birləşmələri
Oksidləşmə
dərəcələri
Birləşmə nümunələri
–III
Amonyak NH
3
, amonium ionu
NH
4
+
, nitridlər M
3
N
2
–II
Hidrazin N
2
H
4
–I
Hidroksilamin NH
2
OH
I
Natrium hiponitrit Na
2
N
2
O
2
, azot
oksidi(I) N
2
O
II
Azot oksidi(II) NO
III
Azot oksidi(III) N
2
O
3
, Natrium
nitrit NaNO
2
IV
Azot oksidi(IV) NO
2,
dimer N
2
O
4
V
Azot oksidi(V) N
2
O
5
, nitrat
turşusu HNO
3
və onun duzları
(nitratlar)
Nitridlər
Azotun güclü elektromüsbət elementlərlə (metallar və
qeyri-metallarla) əmələ gətirdiyi birləşmələr – nitridlər –
karbidlərə və hidridlərə oxşayırlar. Onları M-N əlaqəsinin
xarakterindən asılı olaraq ion, kovalent və aralıq tip əlaqəli
növlərə ayırmaq olar. Bir qayda olaraq, bunlar kristallik
maddələrdir.
İon nitridlər. Bu bitrləşmələrdə əlaqə N
3–
ionunun əmələ
gəlməsi ilə elektronların metaldan azota keçidini göstərir.
99
Bu cür nitridlərə aiddir - Li
3
N, Mg
3
N
2
, Zn
3
N
2
və Cu
3
N
2
. İon
nitridlər yüksək ərimə temperaturlarına malik olub, su ilə
reaksiyadan NH
3
və metal hidroksidləri əmələ gətirirlər.
Kovalent nitridlər. Azot atomu başqa element atomları ilə
birləşərkən elektronların azotdan həmin element atomlarına
keçidi baş vermədikdə, kovalent əlaqəli nitridlər əmələ gəlir.
Hidrogen nitridlər (məsələn, amonyak və hidrazin) azotun
halogenidləri kimi (NF
3
və NCl
3
) tam kovalentdirlər.
Kovalent nitridlərə aiddir, məsələn, Si
3
N
4
, P
3
N
5
və BN –
yüksəkstabil ağ maddələrdir, BN həmçinin iki allotropik
madifikasiyada: heksaqonal və almazşəkilli olur. Axırıncı
yüksək təzyiq və temperaturda alınaraq, bərkliyi almazın
bərkliyinə yaxındır.
Aralıq tip əlaqəli nitridlər. Keçid elementlər yüksək
temperaturda NH
3
ilə reaksiyası zamanı azot atomunun
nizamlı yerləşmiş metal atomları arasında qeyri-adi sinif
birləşmələri əmələ gətirirlər. Bu birləşmələrdə elektronların
dəqiq sürüşmələri yoxdur. Belə nitridlərə misal - Fe
4
N,
W
2
N, Mo
2
N, Mn
3
N
2
ola bilər. Bu birləşmələr, bir qayda
olaraq, tamamilə inertdirlər və yaxşı elektrik keçiriciliyinə
malikdirlər.
Azotun hidrogenli birləşmələri
Azot
və
hidrogen
qarşılıqlı
əlaqəyə
girərək
karbohidrogenləri andıran birləşmələr əmələ gətirirlər.
Azotohidrogenlərin stabilliyi uzun zəncirlərdə belə stabilliyi
azalmayan karbohidrogenlərə nəzərən azot atomlarının
zəncirdə artması ilə zəifləyir. Azotun hidrogenlə mühüm
nitridləri – amonyak NH
3
və hidrazin N
2
H
4
–dir. Bura
həmçinin hidrogen nitrid (azid turşusu) də HNNN (HN
3
)
daxildir.
100
Azotun fiksasiyası və azot tsikli
“Azotun fiksasiyası” termini atmosfer azotunun N
2
əlaqələndirilməsi prosesi kimi başa düşülməlidir {86-88}.
Təbiətdə bu proses iki yolla baş verə bilər: (1) ildırım
boşalması zamanı havanın tərkibində olan azot və oksigenin
qarşılıqlı təsirindən yaranan fiksasiya və ya (2) paxlalı
bitkilər fəsiləsindən olan noxud, yonca və soya kimilər
özlərinin yumru köklərində xüsusi növ bakteriyalar
saxlayırlar ki, bunlar da öz növbəsində hava azotunu
fiksasiya edərək bitki köklərinə ötürürlər.
S.Arrenius müəyyən etdi ki, ildırım boşalması zamanı
hər il 400 milyon ton azot fiksasiya olunur. Atmosferdə
boşalma zamanı əmələ gələn azot oksidləri yağış suları ilə
birləşərək nitrat və nitrit turşuları əmələ gətirirlər. Bundan
əlavə, müəyyən edilmişdir ki, torpağın hər hektarına yağış
və qarla birgə 6700 q azot oksidləri düşür ki, bunlar da su ilə
birləşərək nitrat və nitritlərə çevrilirlər. Bitkilər özlərində
bitki mənşəli zülali maddələri yaratmaq məqsədi ilə
nitratlardan istifadə edirlər. Heyvanlar isə bu bitkilərdən
qidalanaraq bitki zülallarını heyvani zülallara metobolizə
edirlər. Heyvan və bitkilər isə öldükdən sonra onların
cəsədləri çürüyərək azotlu zülali birləşmələr deqradasiyaya
uğrayır və sonda amonyaka çevrilirlər. Amonyak isə iki
yolla istifadə olunur: nitrat əmələ gətirməyən bakteriyalar
onu azot və hidrogenədək dağıdırlar, digər bakteriyalar isə
ondan nitritlər əmələ gətirirlər ki, daha sonra isə başqa növ
bakteriyaların köməyi ilə yaranan nitritlər nitratlara çevrilir.
Beləliklə, təbiətdə azotun dövranı – azot tsikli yaranır.
Qeyd edildiyi kimi, torpaqda xüsusi növ canlı
bakteriyalar var ki, onların köməyi ilə havanın azotu bitkilər
üçün səmərəli qida məhsulları olan azot gübrələrinə - nitrat
Dostları ilə paylaş: |