129
Şəkil 15. Dipol momentinə malik su klasterləri
Yuxarıda göstərilənlər ondan xəbər verir ki, suyun struktur
parametrləri insana müsbət və ya mənfi təsirini
müəyyənləşdirən əsas xassəsidir {111}. Təmiz su və müxtəlif
su
sistemlərinin
struktur-informasiya
xassələrinə
aşağıdakılar təsir edir: suyun faza keçidləri (qızdırılma,
dondurma, buzun əriməsi), temperatur, təzyiq, suda həll
olmayan materialların uzun müddət səth ilə kontaktı,
qarışıqlar, istiqamətlənmiş mexaniki təsir, suyun və onun
buxarlarının buxar və qazşəkilli maddələrlə kontaktı, akustik
və titrəyişli sahələr, elektrik, maqnit, elektromaqnit və
torsion sahələr, sahələrin topoloji strukturatorları (prizma,
difraksiya qəfəsləri, piramidalar, fraktal matrisalar),
müxtəlif canlı obyektlərin biosahələrinin təsiri, həm də
astroheliogeofiziki faktorlar.
130
Suyun kimyəvi xassələri
Suyun iştirak etdiyi kimyəvi reaksiyaları qısaca nəzərdən
keçirək. Su kimyəvi cəhətdən çox aktiv birləşmədir { 107}.
1) Su çoxlu metallarla reaksiyaya girərək hidrogen əmələ
gətirir:
2Na + 2H
2
O = H
2
+ 2NaOH
( şiddətli)
2K + 2H
2
O = H
2
+ 2KOH
( şiddətli)
3Fe + 4H
2
O = 4H
2
+ Fe
3
O
4
( yalnız qızdırılmaqla)
Bütün metallar deyil, yalnız aktiv metallar bu tipli
oksidləşmə-reduksiya reaksiyalarında iştirak edə bilər. Ən
asan reaksiyaya girənlər I və II qrupun qələvi və qələvi-
torpaq metallarıdır.
Qeyri-metallardan, məsələn, karbon və onun hidrogenli
birləşməsi su ilə reaksiyaya girirlər. Bu maddələr metallara
nisbətən həddindən artıq az aktiv olmalarına baxmayaraq,
yüksək temperaturda su ilə reaksiyaya girə bilirlər:
C + H
2
O = H
2
+ CO
( güclü qızdırılma zamanı)
CH
4
+ 2H
2
O = 4H
2
+ CO
2
( güclü qızdırılma zamanı)
2) Su elektrik cərəyanının təsiri altında hidrogen və
oksigenə parçalanır. Bu da oksidləşmə-reduksiya reaksiyası
olub, burada su həm oksidləşdirici və həm də
reduksiyaedicidir:
131
2H
2
O
elektrik cərəyanı
2H
2
+ O
2
3) Su çoxlu sayda qeyri-metal oksidləri ilə reaksiyaya girir.
Yuxarıdakı reaksiyalardan fərqli olaraq bu reaksiyalar
oksidləşmə-reduksiya
reaksiyaları
olmayıb
birləşmə
reaksiyalarıdır:
SO
2
+ H
2
O
= H
2
SO
3
(sulfit turşusu)
SO
3
+
H
2
O = H
2
SO
4
(sulfat turşusu)
CO
2
+
H
2
O = H
2
CO
3
(karbonat turşusu)
4) Bəzi metal oksidləri də su ilə birləşmə reaksiyasına girə
bilərlər:
CaO + H
2
O = Ca(OH)
2
(sönmüş əhəng)
Metal oksidlərinin hamısı su ilə reaksiyaya girmək
qabiliyyətinə malik deyildirlər. Onlardan bəziləri suda həll
olmadıqları üçün onunla reaksiyaya girə bilmirlər. Bura
daxildir: ZnO, TiO
2
, Cr
2
O
3
, FeO, Fe
2
O
3
, CuO, Al
2
O
3
,
B
2
O
3
və başqaları.
5) Su bir sıra birləşmələr əmələ gətirir ki, onların tərkibində
su molekulu tamamilə saxlanılır. Bu birləşmələrə hidratlar
aiddir. Əgər hidrat kristaldırsa, onda onu kristallohidrat
adlandırırlar. Məsələn:
CuSO
4
+ 5H
2
O = CuSO
4
.
5H
2
O
Ağ rəngli göy rəngli
132
Digər hidrat nümunələrinin əmələ gəlməsini göstərək:
H
2
SO
4
+ H
2
O = H
2
SO
4
.
H
2
O
(sulfat turşusunun
hidratı)
NaOH + H
2
O = NaOH
.
H
2
O
(natrium qələvisinin
hidratı)
6) Suyun əsas reaksiyası – nişastanın (C
6
H
10
O
5
)
n
və başqa
oxşar birləşmələrin (karbohidratların) işığın təsiri ilə bitkilər
tərəfindən oksigen əmələ gətirməklə təbii sintez reaksiyası:
6n CO
2
+ 5n H
2
O = (C
6
H
10
O
5
)
n
+ 6n O
2
(işığın
təsiri ilə)
Bu barədə “Fotosintez” bölməsində müfəssəl məlumat
veriləcəkdir.
Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək olar
ki, Tanrının yaratdığı bu ecazkar nemətin – suyun hələ nə
qədər açılmamış gizli sirləri vardır. Əbəs yerə demirlər ki,
su Allahın bizə göndərdiyi Quran qədər əhəmiyyətli və
müqəddəs bir nemətdir. Onu da qeyd etmək yerinə düşərdi
ki, alimlərin apardıqları təcrübələr suyun yaddaşı olmasını
bir daha təsdiq edirsə, deməli o da başqa canlılar kimi
canlıdır və həm də canlılara can verən canlıdır.
Dostları ilə paylaş: |