126
İnformasiya təsirindən öncə distillə
suyu nümunəsi
Məhəbbət və
təşəkkürlər
ünvanlanmış su
nümunəsi
Söz: “Sən axmaqsan”
Sağ ol
Fransada Lurde su fontanından
alınan su nümunəsi
İtaliya ilə İsveçrə
sərhəddindəki Macore
gölündən alınan su
nümunəsi
Şəkil 14.Müxtəlif mənbələrdən alınmış cu nümunələri bir-
birindən fərqlənirlər.
128
formasında olan dəlikdən çıxan buxar şırnağı səsdən iti
sürətlə qovuldu. İstilik vermədən bu cür buxarlanma sxemi
nəinki ayrıca su molekulundan və həm də müxtəlif su
klasterlərindən ibarət olan buxar almağa imkan verdi. Buxar
şırnağı bircinsli olmayan elektrik sahəli bir metr uzunluqda
olan kameradan, elektrik sahəsini azacıq yan keçərək kütlə-
spektroqrafına düşür ki, bu sonuncu da onu klasterdə olan
molekulların miqdarına uyğun olaraq ayrı-ayrı dəstələrə
parçalayır. Elektrik sahəsində şırnağın yan keçməsinə
nəzərən, həm də klasterlərin dipol momenti ölçüldü.
Müxtəlif
ölçülü
klasterlərin
bilavasitə
dipol
momentlərinin ölçülməsi artıq özü-özlüyündə suyun
strukturunun başa düşülməsində böyük əhəmiyyətə malik
bir hadisədir
{104}. Həqiqətən, belə çıxır ki, su klasterləri
bütöv mühitə
“yığıldıqda” onlar bir-birini nəinki yalnız
bilavasitə kontaktda və həm də dipolların elektrik qarşılıqlı
təsirində görürlər. Lakin kaliforniyalı fiziklərin eksperimenti
yalnız bunu müəyyən etməyə imkan vermədi.
Birincisi, nəticələr onu göstərir ki, iri klasterlər (8-dən
artıq molekul) elektrik cəhətcə, daha nizamlıdırlar, nəinki
kiçik klasterlər, amma bunun izahı hələki mümkün deyildir.
İkincisi, eksperimentatorlara təcrübələri iki müxtəlif
temperatur rejimlərində aparmaq mümkün oldu: klasterlərin
daxili temperaturu 200 K (–70°C) və 120 K (–150°C). Bir
sıra nəzəri hesablamalara görə, bu cür temperatur şəraitində
su klasterləri artıq donmalıdır ki, bu da dipol momentinin
molekulun miqdarından asılılığını güclü dəyişməli idi.
Eksperimentdə isə bu cür dəyişmə qeydə alınmadı. Bundan
da belə bir qənaətə gəlmək olar ki, bu temperaturlarda su
klasterləri maye olaraq qalırlar.