12.
Fəlsəfədə realist cərəyanlar
12.1.
Neorealizm
Neorealizm XX əsr ingilis fəlsəfəsinin əsas cərəyanlarından
biridir və 1903-cü ildə Kembricdə C.E.Mur (1873-1958)
tərəfindən əsası qoyulub. O, həmin ildə çap etdirdiyi məşhur
«İdealizmin inkan» məqaləsində idealizmin fundamental hesab
etdiyi «esse est perciri» (mövcud olma qavranılmaqdır) te-
zisimjo^ntiqi analiz yolu ilə tənqid edirdi.
fpT^i ildə altı müəllif - E.B.Holt, R.B.Perri, U.P.Mon-
teqyjı^.Spoldinq, U.Pitkin və U.Marvin «Yeni realizm» adlı kitab
dərc edirlər. Bununla da neorealizm Amerikada bu müəlliflər
tərəfindən xüsusi bir doktrina kimi inkişaf etdirilir.
Neorealistləri birləşdirən aşağıdakı iki müddəadır: «1. Əşya,
hər bir dərk edilən obyekt dərk edən subyektdən və onun
dərketmə səylərindən qətiyyən asılı olmadan mövcuddur. İdrak
aktı heç cürə dərk edilən obyektə təsir etmir, deməli, o bu
216
akta qədər necə idisə, elə də qalır. 2. İdrak prosesində dərk edilən
şeyin oxşan, surəti və yaxud saxta forması deyil, onun özü dərk
edilir, xüsusən duyulur, qavranılın>.‘^^
Dostları ilə paylaş: |