Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə252/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   248   249   250   251   252   253   254   255   ...   540
1027 (1)

XVI.

 

XX əsrdə Şərqdə fəlsəfi və sosial-siyasi fikir 

1.

 

Şərq xalqlarının sosial-fəlsəfi irsi və müasirlik 

İndiki dövrdə Qərb tədqiqatçılan bir qayda olaraq «Şərq fikir 

tərzi»nin  fəlsəfi  təfəkkürə  biganəliyi  haqqında  olan  avropasen- 

trist  görüşləri  qəti  şəkildə  inkar  edirlər.  Lakin  bununla  yanaşı 

onların  bir  çoxu  hələ  də  fəlsəfəni  sırf  «Qərb  fikir  tərzi»  hesab 

edən  təsəvvürlərdən  azad  olmamışlar.  Şərq  alimlərinin 

əksəriyyəti  isə  keçmişin  milli  sistemlərini  Qərb  fəlsəfəsinə 

münasibət baxımından izah edirlər. Məsələn, «ənənəçiləD> milli 

mədəniyyətdə  fəlsəfənin  olmasını  təsdiq  edərək,  onu 

ümumiyyətlə dünyagörüşünün yeganə həqiqi forması mövqeyinə 

qaldınr və bu zəmində də Qərb fikrinin hər cür dəyərini inkar edir, 

üstəlik  onda  müasir  mənəvi  böhranın,  sosial  ziddiyyətlərin 

qaynağını  görürlər. 

«Qərbçilər»  isə,  əksinə,  Avropa 

mədəniyyətinin klassik nümunələri qarşısında baş əyir, öz fəlsəfi 

irslərindəki  zəngin  ənənələrə  etinasızlıq  göstərirlər.  Nəhayət, 

mötədil islahatçılar Şərq və Qərb mədəniyyətlərinin sintezi. Şərq 

və Qərb fikrinin inteqrasiyasını zəruri sayırlar. 

Beləliklə, indiki dövrdə Şərq ölkələrinin əksəriyyətində siyasi 

həyatın  demokratikləşdirilməsi  problemləri  daha  çox  iki 

bir-birinə  zidd  olan  başlanğıcların  mübarizəsi  və  yaxud  sintezi 

baxımından şərh edilir; ənənəvi (tradision) və müasir yanaşma. 

Asiya və Afrikanın müxtəlif ölkələrində xalqçılığa əsaslanan 

siyasi  nəzəriyyələr  əsasən  bir-birinə  oxşayır.  Bu  ölkələrdə 

sosial-siyasi  demokratiya  ideallanm  nəinki  ideologiya  və  siyasi 

nəzəriyyənin,  hətta  kütləvi  şüurun  tərkib  hissəsinə  çevirmək 

cəhdləri çox qüvvətlidir. Bu ölkələrdə siyasi qüvvələr kütlələrin 

ənənəvi  şüuruna  müraciət  edərək  bu  ideallann  birbaşa  siyasi 

mübarizəyə daxil edilməsinə kömək etmişlər. İnkişafın «üçüncü 

yol» konsepsiyası belə yaranmışdı. 

Bir  çox  müsəlman  ölkələrində  «islam  sosializmi» 

konsepsiyasının  tərəfdarlarına  indi  də  rast  gəlmək  olar.  Bu 

konsepsiya  XX  əsrin  60-70-ci  illərində  daha  çox  yayılmışdı. 

Hətta 30-cu 



223 


illərdə  məşhur  Hind-Pakistan  şairi  və  mütəfəkkiri 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə