Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


A.C.Панарин. Göstərilən əsər, s.I23. ^



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə406/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   402   403   404   405   406   407   408   409   ...   540
1027 (1)

A.C.Панарин. Göstərilən əsər, s.I23. ^ 

Yenə orada, s.181. 

366 


qanizminin  normal  fəaliyyət  göstərməsinə  lazım  deyil,  həm  də 

onun  tarixən  formalaşan  tələbatlarının  bütün  müxtəlifliyi  ilə 

birlikdə  normal  fəaliyyət  göstərməsi  üçün,  onun  mədəni  varlıq 

kimi yaşaması, özünün fiziki və mənəvi həyatının mənbəyi kimi 

təbiətdən hərtərəfli istifadə etmək üçün şəraitdir. 

Qeyd  etmək  lazımdır  ki,  «təbiət»  anlayışı  fəlsəfənin  tarixi 

tipləri - antik, orta əsrlər, yeni dövr fəlsəfəsində öz məzmununa 

görə  köklü  surətdə  dəyişmiş,  müxtəlif  fəlsəfi  cərəyanlar  və 

sistemlər daxilində fərqli izah edilmişdir. Bu anlayışın mənası bu 

kontekstdə  həm  də  onun  antonimlərindən,  məna  oppo- 

zisiyalarından asılıdır. «Təbii» anlayışı «fövqəltəbii» anlayışının 

əksi hesab olunur. Təbii və yaxud ağıl vasitəsilə əldə edilən bilik 

İlahi  biliyə  (Allah  kəlamına)  ziddir.  «Təbii»  müstəsnalıqdan 

fərqli  olaraq  adi,  normal  olmaq  deməkdir,  anadangəlmə 

keyfiyyətdir.  Bir  də  var  həyatda  yeni  qazanılan  əlamətlər. 

Fəlsəfədə «təbiət» anlayışı ənənəvi olaraq bütün mövcud olanın 

(kosmosun,  universumun,  dünyanın)  məcmusu,  təbii-  elmi 

idrakın obyekti kimi işlədilmişdir. Bu mənada «təbiət» Dekartda 

«materiya»nın sinonimi kimi tədqiq edilmişdi. 

Cəmiyyət  hansı  mərhələdə  olmasından  asılı  olmayaraq, 

coğrafi mühitdən kənarda yaşaya və inkişaf edə bilməz. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə