qarşılıqlı təsiri nəticəsində üzə çıxarılan çoxlu təsadüfi xassələr
və əlaqələr vasitəsilə mümkün olur.
Mahiyyət şeylərdə, onlann daxili əlaqələrində olan apancı,
əsas, müəyyənedici amildir. İngilis filosofu B.Rassel demişdir:
«Görünür, şeyin «mahiyyəti» anlayışı onun elə xassələrini
nəzərdə tutur ki, onların dəyişməsi şeyin öz-özlüyündə sıradan
çıxması olardı (şeyin «keyfiyyəti» kimi).
Mahiyyət təzahür ilə üzvi surətdə bağlıdır, özünün
məzmununu yalnız onda, onun vasitəsilə üzə çıxanr. Təzahür də
öz növbəsində mahiyyət ilə qınimaz surətdə bağlıdır, onsuz
mövcud ola bilməz.
Beləliklə, təzahür mahiyyət ilə şərtlənir, təzahür - mahiyyətin
üzdə görünməsi, aşkar olunmasıdır. Təzahürü öyrənərək insan
obyektin mahiyyətinə nüfuz edir.
Xaric və daxili təzahürdən gerçəkliyə keçidin mərhələləri
kimi nəzərdən keçirən Hegel, daxil və xarici mahiyyət və varlıq
ilə eyniləşdirirdi. O, yazırdı ki, «...daxil mahiyyət kimi, xaric isə
varlıq kimi tərif edilir...».'“*
Hadisələrin məzmunu keçici, dəyişgən olursa, mahiyyət
həmin vaxt sabit olur, bütün dəyişmələrdə özünü qoruyub
saxlaya bilir. Məsələn, bu və ya digər əmtəənin qiyməti daim
dəyişir, dəyəri isə müəyyən vaxt dəyişməz qalır.
Mahiyyət təzahürdən fərqli olaraq üzdə olmadığı üçün bir
başa duyğular ilə qavranıla bilməz.
Bəzi filosoflar təsdiq edirlər ki, mahiyyət dərk edilməzdir,
mütləq mənəvi substansiya şəklində şeylərdən kənarda
mövcuddur və yaxud ümumiyyətlə mövcud deyil, elmin vəzifəsi
isə təzahürləri qeydə almaqdan ibarətdir.
Dialektik materializm isə hesab edir ki, mahiyyət obyektiv
aləmdəki əşyalann özündə mövcuddur. Mahiyyət və təzahür
obyektin bir-biri ilə qınimaz əlaqədə olan tərəfləridir. Bu və ya
digər şəkildə mahiyyəti ifadə etməyən «təmiz» təzahür olmadığı
kimi, təzahürdə üzə çıxmayan «təmiz» mahiyyət də yoxdur. Bu
təlimə görə mahi)^ət nə isə mütləq bir şey deyil. Real
Dostları ilə paylaş: