obyekt mürəkkəb, çoxpilləli struktura, öz təşkilatına malikdir.
Obyekt özündə müxtəlif qəbildən olan mahiyyətləri, üzdə
özlərini müxtəlif şəkildə göstərən dayaz və yaxud daha dərin
mahiyyətləri birləşdirir. Mahiyyətin nisbiliyi nəinki yalnız
obyektin mürəkkəb strukturu, onun xassə və əlaqələrinin
tükənməzliyi ilə, həm də onun fasiləsiz dəyişməsi ilə şərtlənir.
Bu dəyişmə isə obyektin iki əsas tərəfinin - təzahür və
mahiyyətin qarşılıqlı münasibətlərinin dəyişməsinə gətirib
çıxanr.
Bütün böyük filosoflar bu və ya digər dərəcədə mahiyyət və
təzahür kateqoriyaları haqqında yazmışlar. Məsələn, Aristotel
ən yüksək hesab etdiyi on kateqoriya sırasında mahiyyət
kateqoriyasını xüsusi qeyd edirdi. Onun dediyinə görə qalan
doqquz kateqoriya öz dəyərini məhz mahiyyət kateqoriyasından
alır. Aristotel duyğularla qavranan mahiyyəti mücərrəd fikri
mahiyyətdən fərqləndirirdi. Duyğularla qavranan mahiyyəti o,
real mövcud olmaq və yaxud individium (fərd) ad- landınr
(«birinci mahiyyət»), fikri mahiyyəti isə növ və cins adlandırır
və məntiq kimi tədqiq edirdi («ikinci mahiyyət»). «İkinci
mahiyyət» «birinci mahiyyət»ə münasibətdə keyfiyyəti
quraşdırır, yəni mahiyyətin bəzi müəyyənliyini göstərir.
«Birinci mahiyyət» Aristotelə görə varlığın ilk əsası və bu varlıq
haqqında fikirdir. Beləliklə, Aristotelin fikrincə, mahiyyət
əhəmiyyətinə görə daha tutumlu məvhum olaraq keyfiyyəti
hissə, tərəf, bütövün təsviri kimi özünə daxil edir.
Hegel özünün «Məntiq» əsərini «varlığın həqiqəti mahiyyət-
dİD>
sözləri ilə başlayır. Mahiyyət öz inkişafında bir çox başqa
kateqoriyalan yaradır: forma və məzmun, imkan və gerçəklik,
təsadüf və zərurət və b.
Dostları ilə paylaş: