2.1.
Analitik fəlsəfə
Pozitivizmin inkişafında yeni mərhələ - neopozitivizm
(analitik fəlsəfə) XX əsrin 20-ci illərindən başlayır. B.Rassel
(1872- 1970), L.Vİtgenşteyn (1889-1951), C.E.Mur (1873-1958)
və başqalan analitik fəlsəfənin daha məşhur nümayəndələridir.
K.Popper (1902-1994) öz fəlsəfəsini «antipozitiv» adlandırsa da,
onun dünyagörüşü pozitiv ənənə sferasında qaldı.
Neopozitivizm başqa fəlsəfi təlimlərdən daha çox elm və onun
problemləri ilə bağlıdır. Bu təlim yarandığı vaxtdan başlayaraq
əhəmiyyətli təkamül yolu keçmiş və müxtəlif adlarda öz ifadəsini
tapmışdır. Neopozitivizm əvvəlcə «məntiqi ato- mizm» kimi
çıxış edir, sonra «məntiqi pozitivizm» adlanır, daha sonra isə
«analitik fəlsəfə» adını qəbul edir. Onun ABŞ-da da yayılan
Britaniya növü «linqvistik fəlsəfə» adlanır. Neopozitivizm
daxilində «elm fəlsəfəsi» meydana gəlmiş və çox geniş
yayılmışdı.
Analitik fəlsəfə — analitik məntiqə əsaslanan fəlsəfəni ifadə
edən ümumi termindir. Bu fəlsəfə C.Lokk, D.Yum və C.Millin
ingilis «empirizm»indən başlayaraq, «Vena klubu»nun məntiqi
pozitivizmi və erkən L.Vİtgenşteyn və B.Rasselin «məntiqi ato-
mizm»indən bəhrələnmişdir.
Analitiklərin (xüsusən onun Britaniya nümayəndələrinin)
fəlsəfə tarixinə münasibəti onun iki fənnə bölünməsi ilə şərt-
186
ləndirilir: fəlsəfə tarixi və ideyalar tarixi. Axınncı əsasən qeyri
fəlsəfi fənn kimi araşdırılır və göstərilir ki, bu fənn ideyaların
hər hansı sisteminin formalaşmasının konkret tarixi şəraiti ilə
əlaqədardır. Analitiklərin fikrincə fəlsəfə tarixi konkret
hissəciklərin və müəyyən fəlsəfi konsepsiyanın yarandığı
mədəni- tarixi fonun təhlilindən azad olmalıdır. Konsepsiyanın
məntiqi əsası və onun əsaslandınlması üsulu daha vacib hesab
edilir.
Xüsusi qeyd etmək lazımdır ki, özünün yüzillik mövcudluğu
dövründə analitik fəlsəfə ciddi surətdə dəyişmişdir. Əgər bu
fəlsəfə əvvəllər dil, elm, məntiq ilə maraqlanırdısa və fəlsəfi
problemlərə tarixi münasibətdən daha çox sistemli münasibəti
işləyib hazırlayırdısa, bu gün o əvvəllər əleyhinə çıxdığı
fəlsəfəyə oxşamağa başlayır.
Dostları ilə paylaş: |