1.
XX əsr Qərb fəlsəfəsinin özəllikləri
XIX
əsrin ikinci yansında yeni, qeyri-klassik elmə keçidin
tədricən əsası hazırlanır, XX əsrin başlanğıcında isə həyata
keçirilir.
XX
əsrin daha çox inkişaf etmiş bəzi fəlsəfi konsepsiyalan
özlərini klassik hesab etməsələr də, klassik fikir ilə əlaqəni
kəsməmişlər. XX əsrin bir sıra görkəmli fılosoflan artıq klassik
kimi tanınırlar: A.Berqson, E.Husserl, Z.Freyd, B.Rassel, L.Vit-
genşteyn, C.Dyüi, A.N.Uaythed, K.Yaspers, M.Haydegger,
J.P.Sartr və başqalan.
Bununla yanaşı XX əsrdə fəlsəfi fikrin dayandığı təməldə bir
sıra ciddi dəyişikliklər baş verdi. Ən yeni fəlsəfə irsən
mənimsədiyi naturalist, metafizik və subyektiv zəmindən imtina
etməyə cəhd göstərdi. Bu da klassik fəlsəfə çərçivəsindən xeyli
kənara çıxa bilən yeni cərəyanların meydana gəlməsi imkanını
yaratdı: fenomenologiya, hermenevtika, ekzistensia- lizm,
analitik fəlsəfə, postindustrializm və b. Beləliklə, XX əsrdə
fəlsəfə ən yeni cərəyanlarının təmsilçiləri simasında universal
təlim rolundan imtina etməyə çalışdı. Keçən əsrdə fəlsəfi fikrin
sonrakı dar ixtisaslaşması fəlsəfənin ffaqment- ləşməsinə meyli
xeyli artırdı. Lakin klassik fəlsəfə ilə əlaqə qırılmadı.
Fəlsəfənin mahiyyəti və müasir dünyada rolu məsələsi yenə
də əvvəlki kimi əsas problem olaraq qalır. Bu məsələdə
pozitivizm əleyhinə meyl daha üstündür. Bir çox görkəmli
alimlərin fikrincə fəlsəfə bəşəriyyətin ondan həllini gözlədiyi
problemləri başa düşmək istiqamətində səy göstərməlidir. Bu
problemləri aşağıdakı kimi formalaşdırmaq olar: dünya və orada
insanın yeri; fərd və bəşəriyyət; mədəniyyətlərin müxtəlifliyi və
vəhdəti; dünya sivilizasiyasının gələcək taleyi; insanın
mahiyyəti və onun müasir dünyada rolu; müasir qlobal
problemlərin sosial-fəlsəfi təhlili.
Dostları ilə paylaş: |