Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


® ferejib. HayKa jıornKH.T.2, M., 1971



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə38/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   34   35   36   37   38   39   40   41   ...   540
1027 (1)

® ferejib. HayKa jıornKH.T.2, M., 1971. 

c.l39. '“Yenə orada. 

35 


səviyyədə fəaliyyət göstərirlər. Nəzəri qanunlar heç vaxt tək- tək 

faktların  ümumiləşdirilməsi,  hətta  mövcud  empirik  qanunların 

köməkliyi ilə açıla bilməz, çünki onlar əşya və təzahürlərin hiss 

üzvləri vasitəsilə qavranılan xassələri ilə deyil, proseslərin dərin 

daxili mexanizmi ilə əlaqədardırlar. Nəzəri və empirik qanunlar 

arasındakı  nisbətə  mahiyyət  və  təzahür  arasındakı  nisbətin 

ifadəsi kimi baxmaq olar. 

Fəlsəfə tərəfindən öyrənilən qanunlar ümumi, nəzəri xarakter 

daşıyır. Kateqoriyaların köməkliyi ilə qanunların məzmunu ifadə 

edilir  və  formalaşdırılır.  Ona  görə  də  kateqoriya  və  qanunlar 

fəlsəfədə  əlaqəli  şəkildə  öyrənilir.  Bu  və  ya  digər  qanunu 

nəzərdən  keçirəndə  biz  eyni  zamanda  onu  ifadə  edən 

kateqoriyaların 

da 


məzmununu 

öyrənirik. 

Qanunlar 

kateqoriyalar arasındakı münasibətləri tənzimləyir. 

Qeyd  etmək  lazımdır  ki,  fəlsəfə  tarixində  qanunlann 

mövcudluğunu  ümumiyyətlə  inkar  edən  filosoflar  da  az 

olmamışdır. Məsələn, Devid Yum hesab edirdi ki, bütün başqa 

adətlər  kimi  bizim  qanuna  inanmaq  adətimiz  də  tez-tez 

təkrarlamanın məhsuludur, yəni bir qəbildən olan əşyalann başqa 

qəbildən  olan  əşyalar  ilə  birləşməsinin  təkrarən  müşahidə 

edilməsinin məhsuludur. 

Qanun  haqqında  belə  fikir  də  var  ki,  «universal  (fəlsəfi) 

qanunlar»  əslində  heç  də  universal  deyil,  hər  bir  məhdud,  dar 

sahələrə də tətbiq edilə bilər. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə