Əl-Fərabi
hərəkətə
birmənalı
tərif
verməyin
mümkünsüzlüyünü göstərir və dəyişmə anlayışına çox geniş
məna verirdi. O, yazırdı: «Hərəkətin tərifi yoxdur, çünki o
ikimənalı sözlərə aiddir. Hərəkət ilə yerdəyişmə ifadə edildiyi
kimi, həm də təşəkkül tapma və yoxolma vaxtı baş verən
dəyişmə də ifadə edilir; lakin hərəkəti potensialdan aktivə keçid
kimi də ifadə etmək olar».^^
Dialektik materializm hərəkəti materiyanın mövcudluq
forması hesab edir. Mövcud olmaq - hərəkətdə olmaq deməkdir.
Materiyanın ilk səbəbi və hərəkətin ilk mənbəyi eyni
məsələlərdir. Hərəkət də materiya kimi yaradılmır və məhv
olmur, o kənardan gətirilmir, təbiətin özündə var. Hərəkət öz-
özünə hərəkətdir; bu o deməkdir ki, vəziyyətin dəyişməsinə
doğru meyl materiyanın özünə məxsusdur, çünki materiya öz-
özünə səbəbdir.
Öz-özünə hərəkət prinsipi səbəbiyyət problemi ilə bilavasitə
əlaqədardır. Məlumdur ki, mexanistik dünyagörüşündə
hərəkətin səbəbi həmin cisimdən aralı kənar fəal qüvvə kimi
təsəvvür edilir. Bunun əksinə olaraq materialist dialektika,
göstərildiyi kimi, hərəkəti öz-özünə hərəkət kimi ifadə edir; bu
elə prosesdir ki, sistemin öz daxilindəki dəyişikliklər,
ziddiyyətlər ilə şərtlənir.
Əl-Fərabi göstərirdi ki, cisim özbaşına hərəkətə gələ bilməz,
onu hərəkətə gətirən kənar qüvvə olmalıdır. O, yazırdı:
«Hərəkətin zaman daxilində nə əvvəli, nə də sonu ola bilməz.
Beləliklə, bir tərəfdən nə isə hərəkət edən, başqa tərəfdən nə isə
hərəkətetdirən mövcud olmalıdır»; «heç nə öz-özünə hərəkət
etmir».^"* «Özü hərəkət etməyən hərəkətverici tək olmalıdır;
onun ölçüsü yoxdur, maddi deyil, bölünmür, cəm halda
olmuD).’^
XX əsrdə aydın oldu ki, Nyütonun qanunları cisimlərin səsin
sürətinə yaxın böyük sürətlə hərəkəti şəraitində işləyə bilmir.
Yüksək sürətlə tətbiq edilən yeni qanunlar Eynşteyn
Dostları ilə paylaş: