Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə39/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   35   36   37   38   39   40   41   42   ...   540
1027 (1)

4.3.

 

Hərəkətin fəlsəfi anlayışı 

Hərəkət haqqında təlim fəlsəfə tarixinin bütün mərhələlərində 

diqqət mərkəzində olmuşdur. Hərəkətin mahiyyəti, onun qaynağı 

və səbəbi fəlsəfənin və elmin ən çətin məsələlərin- dəndir. 

Hərəkət  dedikdə  nəyi  başa  düşmək  lazımdır?  F.Engels 

yazırdı:  «Materiyaya  tətbiqdə  hərəkət  ümumiyyətlə  dəyişmək 

deməkdir».^' Böyük fizik A.Eynşteyn deyirdi ki, cismin hərəkəti 

dedikdə  biz  onun  başqa  cisimlərə  nisbətən  dəyişməsini  başa 

düşürük. 

K.Mapk'c H 0.3HrejibC. CoHimeHHa, T.20, 

c.563.

 

36 



Əl-Fərabi 

hərəkətə 

birmənalı 

tərif 


verməyin 

mümkünsüzlüyünü  göstərir  və  dəyişmə  anlayışına  çox  geniş 

məna  verirdi.  O,  yazırdı:  «Hərəkətin  tərifi  yoxdur,  çünki  o 

ikimənalı sözlərə aiddir. Hərəkət ilə yerdəyişmə ifadə edildiyi 

kimi,  həm  də  təşəkkül  tapma  və  yoxolma  vaxtı  baş  verən 

dəyişmə də ifadə edilir; lakin hərəkəti potensialdan aktivə keçid 

kimi də ifadə etmək olar».^^ 

Dialektik  materializm  hərəkəti  materiyanın  mövcudluq 

forması hesab edir. Mövcud olmaq - hərəkətdə olmaq deməkdir. 

Materiyanın  ilk  səbəbi  və  hərəkətin  ilk  mənbəyi  eyni 

məsələlərdir.  Hərəkət  də  materiya  kimi  yaradılmır  və  məhv 

olmur, o kənardan gətirilmir, təbiətin özündə var. Hərəkət öz- 

özünə  hərəkətdir;  bu  o  deməkdir  ki,  vəziyyətin  dəyişməsinə 

doğru meyl materiyanın özünə məxsusdur, çünki materiya öz- 

özünə səbəbdir. 

Öz-özünə hərəkət prinsipi səbəbiyyət problemi ilə bilavasitə 

əlaqədardır.  Məlumdur  ki,  mexanistik  dünyagörüşündə 

hərəkətin  səbəbi  həmin  cisimdən  aralı  kənar  fəal  qüvvə  kimi 

təsəvvür  edilir.  Bunun  əksinə  olaraq  materialist  dialektika, 

göstərildiyi kimi, hərəkəti öz-özünə hərəkət kimi ifadə edir; bu 

elə  prosesdir  ki,  sistemin  öz  daxilindəki  dəyişikliklər, 

ziddiyyətlər ilə şərtlənir. 

Əl-Fərabi göstərirdi ki, cisim özbaşına hərəkətə gələ bilməz, 

onu  hərəkətə  gətirən  kənar  qüvvə  olmalıdır.  O,  yazırdı: 

«Hərəkətin zaman daxilində nə əvvəli, nə də sonu ola bilməz. 

Beləliklə, bir tərəfdən nə isə hərəkət edən, başqa tərəfdən nə isə 

hərəkətetdirən  mövcud  olmalıdır»;  «heç  nə  öz-özünə  hərəkət 

etmir».^"*  «Özü  hərəkət  etməyən  hərəkətverici  tək  olmalıdır; 

onun  ölçüsü  yoxdur,  maddi  deyil,  bölünmür,  cəm  halda 

olmuD).’^ 

XX əsrdə aydın oldu ki, Nyütonun qanunları cisimlərin səsin 

sürətinə  yaxın  böyük  sürətlə  hərəkəti  şəraitində  işləyə  bilmir. 

Yüksək sürətlə tətbiq edilən yeni qanunlar Eynşteyn 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə