zaman daxilində
öyrənilməsi deməkdir; bu
zamanın
özünün öyrənilməsi deyil.
Tarix bizim keçmiş haqqında biliyimizi zənginləşdirir dedikdə
keçmişdə baş verənlər haqqmda bizim biliklər nəzərdə tutulur.
Lakin fizika, fiziologiya və psixologiya elə elmlərdir ki, burada
vaxt daxilində nə baş verməsindən fərqli olaraq vaxtın özü
tədqiqat obyekti
O
I
UD
)."*^ Lakin yuxanda göstərilən elmlərdə
zamanın öyrənilməsi empirik və eksperimental xarakter daşıyır,
bu isə qaçılmaz şəkildə zamanın fəlsəfi təbiətini öyrənmək
məsələsini irəli sürür. Bu cəhətdən Eynşteynin nisbiyyət
nəzəriyyəsinin əhəmiyyəti xüsusi qeyd edilir. Bu nəzəriyyədə
məkan daxilində müxtəlif vəziyyətlərdə olan hadisələrin eyni
vaxta təsadüf etməsinə xüsusi əhəmiyyət verilir. Bununla yanaşı
göstərmək lazımdır ki, nisbiyyət nəzəriyyəsi zamana həndəsi
xarakter verərək onun biristiqamətli və dönməz olmasını nəzərə
almır.
Zamanın klassik nəzəriyyəsinə görə işləyən saat koordinat
vaxtını hesablayır, relyativist (nisbi) nəzəriyyəyə görə isə saat
intervalı (arada olan fasiləni) ölçür. Zaman haqqında bu iki
nəzəriyyə arasındakı fərq yalnız fiziki cəhətdən özünü göstərir.
İşləyən saatın hansı - koordinat və yaxud interval vaxtını
göstərməsini əvvəlcədən müəyyən etmək olmaz. Qnoseoloji
(idrak) cəhətdən hər iki ehtimal mümkündür. Onların hansının
reallığa uyğun olmasını yalnız təcrübə göstərə bilər.
Eynşteynin məşhur saat nəzəriyyəsi (saatın gecikməsi) canlı
orqanizmlərə də şamil edilir. Saatın gecikməsini nümayiş et-
Dostları ilə paylaş: |