Tək və ümumini eyniləşdirən başqa fikir də geniş yayılıb.
Belə halda ümumi həmcins əşyaların birliyi kimi izah edilir.
«Ümumi» və «tək» kateqoriyalan ilə yanaşı «xüsusi» kateqo- M
riyası da işlədilir. Bu kateqoriya adətən tək ilə ümumini birləşdi- ^ rən
həlqə kimi izah edilir. Xüsusinin özü təkə münasibətdə ümumi kimi,
daha çox ümumiyə münasibətdə daha az ümumi kimi çıxış etdiyi üçün
nisbidir.
Məntiqi ggpektd^ «xüsusi» kateqoriyası obyektin əks
tərəflərinin sintezT^ləkvə ümumi haqqında biliyi ifadə edir.
Təki üzə çıxarmaq üçün nəzərdən keçirilən obyekti mütləq
başqalan ilə müqayisə etmək lazımdır. Lakin praktiki olaraq bu
məsələ həlledilməzdir. Çünki ayn-ayn obyektlərin sayı həddən
artıq çoxdur. Odur ki, praktikada adətən bu və ya digər obyekti
yerdə qalanlann hamısı ilə deyil, yalnız bəzi, müəyyən predmet
və hadisələr ilə müqayisə edirlər. Bununla əlaqədar ümumini
təkə və xüsusiyə qarşı qoymaq zərurəti meydana gəlir. Bir
əşyanın başqalan ilə müqayisə edilməsi gedişində onlann
arasındakı oxşarlıq və fərqlər aşkar edilir. Üzə çıxanlan oxşarlıq
ümumi kimi, fərqlər isə xüsusi kimi nəzərdən keçirilir. Deməli,
tək həmişə xüsusi rolunda çıxış edir, əşyanı və onun təzahürünü
müqayisə olunduğu başqalanndan fərqləndirir.
Ümumi təkrar olunan bu və ya digər dərəcədə (həmişə doğru
və tam olmasa da) obyektdə əsas və əhəmiyyətli olanı əks
etdirir, buna görə də tək ümumi ilə nəinki əlaqədədir, həm də
ondan asılıdır. Məsələn, insanın fərdi xassələri bütün insanlar
üçün ümumi olan xassələr (əmək qabiliyyəti, mücərrəd təfəkkür,
aydın nitq) əsasında formalaşır. Odur ki, ümumi müəyyənedici
əhəmiyyət kəsb edir.
Mahiyyət həmişə təzahürlərdə ümumi kimi çıxış edir. Lakin
hər bir ümumi əsas deyil, o ümumi, lakin əsas olmayan, təsadüfi
xassələri ifadə edə bilər. Ona görə də «ümumi» kateqoriyası
«mahiyyət» kateqoriyasından daha genişdir, bəzi hallarda isə
uyğun deyillər. Mahiyyət ümumidə hərtərəfli əhatə olunmur,
çox hallarda isə təhrif olunur (ümumi əsas olmayanda).
Dostları ilə paylaş: