edilən məlumatların sadə yığımı kimi nəzərdən keçirmək olmaz.
«Əks halda lap əvvəldən biz paradoksla qarşılaşırıq: keçmiş
artıq yoxdur, gələcək hələ yoxdur, indiki zaman isə hamıya
məlumdur ki, tamamilə yoxdur, o ölçüsü olmayan nöqtə kimi
sonsuz bölünmənin sərhəddidİD>. «Zamanın yeganə mümkün
tədqiqat metodu özünü ikinci dərəcəli strukturlan üzərində
üstünlük təşkil edən və onlara məna verən bütövlük kimi
nəzərdən keçirilməsinə başlamaqdır»."” Sartr belə nəticəyə
gəlir: «...gələcəyin baş verməsi üçün keçmişin qayıtması
lazımdiD>.‘*^ Zaman haqqında elmdə daha çox istifadə olunan
fikirlərdən dördünü göstərmək olar. Bunlar Nyütonun,
termodinamikanın, darvinizmin və məntiqin irəli sürdüyü
fikirlərdir: a) dünyanın Nyüton və onun davamçılan tərəfindən
qurulan modelində zaman əlavə bir şey kimi göstərilir. Zamanın
keçmişdə, indi və gələcəkdə hər hansı momenti (anı) onun hər
hansı başqa mo- mentindən fərqləndirilmir. Nyütonun sistemi
əsasında heç bir dəyişiklik etmədən planetlər Günəş ətrafında
istənilən tərəfə - zaman daxilində həm irəliyə, həm də geriyə
hərəkət edə bilirlər. Elə buna görə də elmi dairələrdə Nyüton
sistemindəki zaman anlayışı «dönən zaman» adı altında
möhkəmlənmişdir; b) XIX əsrdə fiziklərin diqqət mərkəzi
dinamikadan termodi- namikaya yönəldi. Termodinamikanın
ikinci başlanğıcına görə Kainatda enerji ehtiyatı tükənir və
dünya dönmədən özünün «istilik ölümünə» yaxınlaşır. Ona görə
də zamanın heç bir anı özündən əvvəl gələnin eyni ola bilməz.
Kainatda baş verən hadisələri geri döndərmək olmaz. Belə
proqnoz adi insan baxımından çox bədbindir; c) ingilis alimi
C.Darvin XIX əsrin ortalannda deyirdi ki, təbiətdə baş verən
təkamül heç də çeşidli formalann təşkil olunma səviyyəsinin
aşağı düşməsinə və zəifləməsinə gətirib çıxarmır. Əksinə,
təkamül əks istiqamətdə inkişaf edir: sadədən mürəkkəbə,
həyatın aşağı formalanndan yuxanya, qeyri- differensial
strukturlardan differensial strukturlara doğru. İnsanlıq
baxımından belə proqnoz çox nikbindir. Köhnə Kainat getdikcə
daha da təkmilləşir və zaman keçdikcə onun təşkil olunma sə-
Dostları ilə paylaş: