Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə41/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   37   38   39   40   41   42   43   44   ...   540
1027 (1)

4.4.

 

Məkan və zaman anlayışı 

Məkan  və  zaman  məsələsi  fəlsəfə  tarixində  müxtəlif 

mənalarda izah edilmişdir. Bir çox filosoflar məkan və zamanı 

varlığın  obyektiv  xüsusiyyəti  hesab  edirlər,  başqalan  isə  onlan 

bizim  dünyanı  qavramağımızı  xarakterizə  edən  sırf  subyektiv 

anlayışlar  kimi  göstərirlər.  Elə  filosoflar  da  olmuşdur  ki, 

məkanın  obyektivliyini  qəbul  etməklə  yanaşı  zamana  sırf 

subyektiv  status  verir  və  yaxud  da  bunun  əksini  sübut  etməyə 

çalışırdılar. 

Məkan  və  zaman  anlayışları  təbiəti  daha  mücərrəd  formada 

izah etdiyi  üçün antik dövrdən başlayaraq bu  anlayışlar əsasən 

riyaziyyatın tədqiqat obyekti olmuşdur. 

Məkan və zamanın aşağıdakı tərifi daha çox yayılıb: məkan 

maddi qurumların ölçüsü, qarşılıqlı əlaqəsi, birlikdə yerləşməsi 

və  yaşaması  deməkdir.  Zaman  bir-birinin  arxasınca  gələn 

dəyişiÜiklərin uzunluq müddəti və tempidir. 

XX  əsrin  əvvəllərində  Eynşteynin  nisbiyyət  nəzəriyyəsinin 

yaranması  ilə  alimlər  məkan  və  zaman  haqqında  ənənəvi 

anlayışlara  yenidən  baxmağa  başladılar.  Ümumi  nisbiyyət 

nəzəriyyəsinin mahiyyətini  yığcam  şəkildə izah edən Eynşteyn 

yazırdı ki, mahiyyət belədir: əvvəllər hesab edirdilər 



ii,

 əgər hər 

hansı  möcüzə  nəticəsində  bütün  maddi  cisimlər  birdən  yox 

olsaydı  məkan və zaman qalardı. Nisbiyyət nəzəriyyəsinə  görə 

isə cisimlər ilə birlikdə həm məkan, həm də zaman yox olardı. Bu 

mühakimə  F.Engelsin  məkan  və  zaman  haqqında  dedikləri  ilə 

üst-üstə 

42 



düşür. O, deyirdi ki, məkan və zaman materiyasız bizim beynimizdə 

mövcud olan boş, mənasız, mücərrəd anlayışdır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə