Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Т.Парсоис. O структуре социального действия. M.. «Академический



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə35/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   31   32   33   34   35   36   37   38   ...   540
1027 (1)

Т.Парсоис. O структуре социального действия. M.. «Академический 

Проект», 2000, с.68. 

32 


4.

 

Əsas fəlsəfi anlayışlar (kateqoriyalar) 

4.1.

 

Kateqoriya anlayışı 

Məlumdur  ki,  hər  bir  elmdə  ilkin,  əsas  anlayışların 

(kateqoriyaların)  birliyi  mövcuddur.  Bu  fəlsəfəyə  də  aiddir. 

Fəlsəfi kateqoriyalar ən ümumi, fundamental anlayışlardır. 

Əl-Fərabi  demişdir:  «Ağılla dərk edilən mahiyyətin hər bir 

mənasının  şeyləri  xarakterizə  edən  ifadəsinə  biz  kateqoriya 

deyirik».” 

Kateqoriya  (yun.«kateqoriya»  -  fikir  söyləmək,  sübut) 

ümumiyyətlə anlayış deməkdir. 

Fəlsəfə tarixində Aristotel, Hegel və Marks ən böyük kate- 

qorioloq  olmuşlar.  Bütün  dövrlərin  filosofları  bu  və  ya  digər 

dərəcədə həmin məsələyə toxunmuşlar. 

Göstərmək  lazımdır  ki,  fəlsəfi  anlayışlar  plastik  (istənilən 

şəkilə salma bilən), dinamik və qeyri-sabitdir; onların məzmunu 

zaman-zaman  müxtəlif  fəlsəfi  cərəyanlar  yarandıqca  dəyişir, 

fəlsəfədə  iz  qoyan  mütəfəkkirlərin  düşüncə  tərzindən  və 

zövqündən asılı  olaraq  yeniləşir.  Lakin  bütün  bu dəyişgənliyə 

baxmayaraq fəlsəfi anlayışlar bəşəriyyətin öz qarşısına qoyduğu 

əsas problemləri başa düşmək qabiliyyətini saxlayır. 

Elmdən fərqli olaraq fəlsəfədə köhnəlmiş anlayışlar yoxdur, 

onlar  kənara  atılmır  və  əsrlərcə  öz  həyati  qüvvəsini  saxlayır. 

Köhnə, ilk baxışda tarixə qovuşan terminlər yenidən fəlsəfəyə 

qayıdır. 

Marksist  filosoflann  dediyinə  görə  fəlsəfi  kateqoriyalar 

hərəkət  formalarının  hamısına  xas  olan  tərəfləri,  xassələri  və 

münasibətləri  əks  etdirir.  Kateqoriyalar  vasitəsilə  insanların 

elmi  tədqiqat  və  praktiki  fəaliyyət  nəticəsində  əldə  etdikləri 

material başa düşülür, izah edilir, obyektin ən ümumi xasiyyəti 

aydınlaşdırılır.  Kateqoriyalann  əksəriyyətində  predmet  və 

proseslərin ayn-ayn tərəfləri və xassələri əks olunur: keyfiyyət, 

əkslik,  məzmun,  forma  və  s.  Bəzi  kateqoriyalar  çox  genişdir: 

materiya,  hərəkət,  inkişaf,  məkan,  zaman.  Varlıq  kateqoriyası 

isə bu kateqoriyalar ilə müqayisədə daha geniş anlayışdır. 

29

 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə