Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə32/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   28   29   30   31   32   33   34   35   ...   540
1027 (1)

3.2. Fəlsəfi metodologiya 

Metodlar  insanların  praktiki  fəaliyyətində  onların  dünyaya 

hissi-əməli  təsir  etməsi  üçün  ümumiləşmiş  vasitə,  üsul  kimi 

meydana  gəlir.  Elmin  inkişafı  prosesində  bu  əsasda  insanı 

həqiqətə  doğru  aparan  ağılın  vasitə  və  üsullarının  cəmi  kimi 

nəzəri metodlar təşəkkül tapmışdır. 



29 


Müxtəlif  metodlar  içərisində  elələri  var  ki,  onlar  yalnız  bir 

elmdə istifadə edilir və 



xüsusi  elmi metodlar  adlanır.

  Bir  sıra 

elmlərdə  istifadə  olunan  metodlara 

ümumi  elmi  metodlar 

deyilir. Fəlsəfəni isə bir çox filosoflar, marksistlərin isə hamısı 

ən  ümumi  metod  hesab  edirlər,  çünki  təfəkkürün,  hər  hansı 

idrakın universal prinsipləri onun predmetidir. 

Bununla  yanaşı  filosoflar  arasında  tamamilə  əks  fikirdə 

olanlar da var. Onlar hesab edirlər ki, filosoflar da başqa insanlar 

kimi  həqiqəti  axtarmaq  üçün  istənilən  metoddan  istifadə 

etməkdə  azad  və  sərbəst  olmalıdırlar.  «Yalnız  fəlsəfəyə  aid 

xüsusi  metod  yoxduD).^^*  Fəlsəfi  tədqiqatların  xarakterindən 

asılı olaraq müxtəlif metodlar işlənib hazırlanır. 

Fəlsəfədə 

metodologiya

  problemi  əhəmiyyətli  yer  tutur. 

Metodologiya - elmi idrakın metodlar sistemi haqqında təlimdir. 

Metodologiya  haqqında  müxtəlif  fikirlər  var:  1) 

metodologiya empirik elmdir; 2) metodologiya elə ali qaydadır 

ki,  bütün  başqa  qaydaları  müəyyənləşdirmək  üçün  sanki  bir 

normadır.  Metodoloji  qaydalar  bir-biri  ilə  sıx  əlaqədədirlər. 

Metodologiya elə üsullar birliyidir ki, onun köməkliyi ilə bilik 

əldə  edilir;  3)  metodologiya  məntiqdir;  4)  metodologiya 

metodlar haqqında təlimdir, fəlsəfə isə ümumi metodologiyadır; 

5) ümumi metodologiya yoxdur. 

Adətən 


elmin 

metodologiyası 

ilə 

ümumiyyətlə 



metodologiyanı 

bir-birindən 

fərqləndirirlər. 

Elmin 


metodologiyası  an-  layışlann  yaranması  və  tətbiq  edilməsi 

metodlarını,  mühakimələrin  formalaşması  və  onların  həqiqi 

mənasının müəyyən- ləşdirilməsini, nəzəriyyələrin qurulması və 

əsaslandırılmasını, 

məsələnin 

(problemin) 

qoyuluşunu, 

fərziyyənin  (hipotezanın)  irəli  sürülməsini  və  yoxlanılmasını, 

izahetmə və irəlicədən müəyyənləşdirmək metodlarını öyrənir. 

Elmin  metodologiyası  əsasən  elmi-tədqiqat  metodunun 

nəzəriyyəsini  göstərir.  Bu  da  empirik  və  xüsusi  elmlər  üçün 

xarakterikdir.  Ümumiyyətlə  metodologiya  isə  ümumi,  daha 

mücərrəd  (abstrakt)  mövqedən  ümumiyyətlə  idrak  metodunu 

şərh edir. Bu 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə