Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə29/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   25   26   27   28   29   30   31   32   ...   540
1027 (1)

edilmişdir. 

26 


idealizmin  müxtəlif  formalan  var.  Məsələn, 

obyektiv 

idealizm

 adlanan cərəyan real aləmin insandan asılı olmayaraq 

mövcud olduğunu təsdiq edir və göstərir ki, onun əsasında ağıl, 

dünya ruhu durur (Platon, Hegel və b.). 



Subyektiv idealizm

 isə 


hesab  edir  ki,  maddi  dünya  insandan  asılı  olmayaraq  mövcud 

ola  bilməz,  bütün  əşyalar  insanın  subyektiv  dərketmə 

qabiliyyətinin,  onun  düyğu  və  qavrayışlarının  məhsuludur. 

Mövcud  olmaq  -  insanın  hiss  üzvləri  tərəfindən  qavranılması 

deməkdir. 

Fəlsəfi  materializm  də  öz  tarixində  bir  çox  mərhələlərdən 

keçmişdir: qədimdə olmuş  «sadəlövh materializm», mexaniki, 

metafizik və nəhayət, dialektik materializm (marksist fəlsəfə). 

Marksistlərin  fikrinə  görə  dialektik  materializm  təbiətin, 

cəmiyyətin  və  təfəkkürün  ən  ümumi  qanunlarını,  materiya  və 

onun  mövcud  olma  formalarını,  materiya  və  şüur  arasındakı 

qarşılıqlı münasibəti öyrənir. 

Marksizmin  yaradıcılarından  biri  olan  F.Engelsin  fikrincə 

fəlsəfənin əsas məsələsi şüurun materiyaya, ruhun təbiətə olan 

münasibətidir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  fəlsəfi 

problemlərin  bütün  zənginliyini  «fəlsəfənin  əsas  məsələsi»nə 

müncər etmək, hətta ona bağlamaq doğru deyil. Materializm və 

idealizm müxalifətinə qarşı neytral problemlər olduqca çoxdur. 

Fəlsəfədə  həmişə  ən  əsas  problem  rasionalizm  (ağıla 

əsaslanmaq)  və  onun  əksi  olan  irrasionalizm  arasındakı 

müxalifət  olmuşdur.  Yalnız  rasiona-  lizmdə  materializm  və 

idealizm  müxalifətinin  mənası  var,  irra-  sionalizmdə  belə 

müxalifət yoxdur. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə