Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Культурология. XX век. Словарь. СПб, «Университетская книга». 1997. с.23



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə31/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   27   28   29   30   31   32   33   34   ...   540
1027 (1)

Культурология. XX век. Словарь. СПб, «Университетская книга». 1997. с.23. 

28 


də etməyə can atması; b) iqtisadi mənada əşyaların ictimaiyyət 

tərəfindən  dəyərləndirilməsi  sayəsində  insanlann  onlan  əldə 

etməyə,  istifadə  etmək  üçün  pul  ilə  almağa  və  yaxud 

dəyişdirməyə çalışması; c) fəlsəfi mənada ən ümumi prinsiplərə 

əsaslanaraq insanın mənəvi dünyaya aid bəzi şeyləri əldə etmək 

üçün göstərdiyi fəaliyyət. Həqiqət, xeyir, gözəllik kimi dəyərlər, 

insanın  müvafiq  sahələrdə  -  elmdə,  mənəvi-etik  sahədə, 

incəsənətdə məqsədyönlü fəaliyyəti üçün ən ümumi şərtlərdir. 

Ak- siologiya fəlsəfi mənada məhz bu sahələri əhatə edir. 

Bilik və aksiologiya ilə yanaşı dünyagörüşünün strukturuna 

«ideal»  anlayışı da daxildir.  İdeal  elə şeydir ki,  insanın bütün 

fikri, hissiyyatı, fəaliyyəti ona doğru yönəldilir. Elmi cəhətdən 

əsaslandırılmış  idealla  yanaşı  xəyali  və  aldadıcı  ideal  da  ola 

bilər. 


Fəlsəfə siyasət ilə də bağlıdır. İndiki çox mürəkkəb və coş- 

ğun günlərdə əhalinin böyük hissəsinin siyasətlə maraqlandığı, 

sosial-siyasi  və  iqtisadi  islahatlara  can  atdığı,  yaxın  keçmişdə 

kamillik iddiasında olan siyasi təsisatlar və sosial strukturlann 

(«demokratiyanın  ən  ali  forması»,  «milli  münasibətlərin  ali 

forması», «əxlaqın ali forması», «ən qabaqcıl incəsənət» və s. 

və  i.)  dağıldığı  bir  dövrdə  hər  hansı  fəlsəfi  problemin 

müzakirəsi  istər-istəməz  siyasət  ilə  müşayiət  edilir.  Çox 

hallarda filosoflar öz ölkələrinin siyasi həyatının konsepsiyasını 

hazırlamaq  istəyirlər.  Bizim  günlərdə  bir  sıra  məsələlər  cari 

siyasət baxımından izah edildiyindən, çox vaxt fəlsəfənin siyasi 

ölçüsü xırdalanır. Bu barədə alman filosofu K.Yaspers deyir ki

əsl filosof Platon və yaxud Marks kimi yalnız böyük siyasət ilə 

maraqlanmalıdır, yəni yalnız öz ölkəsinin deyil, həm də bütün 

bəşəriyyətin siyasi taleyi onu düşündürməlidir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə