Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə30/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   26   27   28   29   30   31   32   33   ...   540
1027 (1)

3.

 

Fəlsəfi dünyagörüşü və metodologiya 

3.1. Fəlsəfi dünyagörüşü 

Dünyanı  seyr etməkdən fərqli olaraq dünyagörüşü dünyanı 

intuitiv  yolla  dərk  etməyə  əsaslana  bilməz.  Dünyagörüşünün 

təbiəti  anlamağa,  onu  anlayışlar  vasitəsilə  başa  düşməyə 

ehtiyacı  var.  Belə  ilkin  dünyagörüşü  anlayışları  -  «dünya» 

(kosmos),  «insan»  (ruh)  və  «Allah»  mövhumlarıdır.  Dünyanı 

seyr etməyin əyani obrazlarından fərqli olaraq dünyagörüşünün 

anlayışları düşünülmüş məntiqi münasibətlərə əsaslanır. 



27 


Dünyagörüşü  -  dünya,  insanın  orada  yeri,  onun  həyatının 

əsas məqsədi, bu məqsədin həyata keçməsi vasitələri və yolları 

haqqında bilik və nəzəri görüşlər sistemidir. Dünyagörüşünü iki 

əsas hissəyə ayırmaq olar: dünyanın  mənzərəsi  və ideologiya. 

Dünyanın mənzərəsi dünya və orada insanın yeri haqqında ən 

geniş anlayışlar əsasında yaradılır. İdeologiya - insanın məqsəd 

və ideallan, öz həyatının mənası haqqında sistemdir. İdeologiya 

ayn-ayn sosial-siyasi qrupların mənafeyini ifadə edir və birbaşa 

siyasətlə bağlıdır. 

Dünyagörüşünün əsası, onun məlumat qaynağı olan bilikdir. 

Lakin bilik dünyagörüşünün məzmununu tamamilə əhatə etmir. 

Bilik yalnız o vaxt dünyagörüşü mənası kəsb edir ki, insan ona 

öz  münasibətini  müəyyənləşdirir.  Biz  hadisələrə  müəyyən 

sosial qrupun, ölkənin mövqeyi və mənafeyi baxımından qiymət 

veririk.  Bilik  o  vaxt  dünyagörüşünün  komponenti  olur  ki,  o 

əqidəyə  çevrilir.  Əqidə  həyata  keçirilmiş  ideyadır,  ideya  ilə 

işıqlandırılan hərəkətdir. 

Dünyagörüşü zəruri olaraq dəyərlər haqqında təlim - aksio- 

logiya  ilə  bağlıdır.  Aksiologiya  (yun.  «axia»-dəyər)  -  də-yər- 

lər,  onların  mənşəyi,  funksiyaları,  tipləri  və  növləri  haqqında 

təlimdir.  Ənənəvi  olaraq  onu  həm  nəzəri  biliyin  ümumi 

əhəmiyyətini  əsaslandırmağın,  həm  də  praktiki  davranış 

fəaliyyətinə  yönəldilən fəlsəfi biliyin bir hissəsi  hesab edirlər. 

«Lakin  bütün  humanitar  və  sosial-elmi  idrakın  təməl 

problemlərindən  biri  olaraq  dəyərlərin  analizi  aksioloji 

komponent  kimi  yalnız  fəlsəfi  deyil,  həmçinin  bir  çox 

sosial-psixoloji, etnoloji və başqa konsepsiyalara daxildir».^* 

Beləliklə,  aksiologiya  mənanı  müəyyənləşdirən  elə 

prinsipləri  öyrənir  ki,  onların  vasitəsilə  idrak  sahəsindəki 

həqiqət  ilə  yalanı,  etika  sahəsində  xeyir  və  şəri,  estetika 

sahəsində gözəllik ilə eybəcərliyi fərqləndirir. 

«Dəyən>  anlayışı  üç  mənada  işlədilir:  a)  gündəlik  həyatda 

predmet  və  hadisələrin  bizə  təsir  edərək  özlərinin  faydalı  şey 

olduqlarını göstərməsi və elə buna görə də insanlann onlan əl- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə