Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., 1990, с.335



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə26/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   22   23   24   25   26   27   28   29   ...   540
1027 (1)

Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., 1990, с.335. 

Хрестоматия по философии. 

М.. 

«Прогресс», 1997, с.20-21.

 

24 


Daha  bir  vacib  məsələ  üzərində  də  dayanmaq  lazımdır. 

Fəlsəfə  və  metafizikanı  eyniləşdirmək  filosoflar  arasında 

mübahisələrə səbəb olur. Metafizika haqqında müxtəlif fikirləri 

Aşağıdakı qaydada qruplaşdırmaq olar. 

1.

 

Dar mənada metafizika (yun. fizikadan sonra) deyəndə ya 



ontologiya (varlıq haqqında təlim) ya da bütün mövcudatın ilk 

səbəbini (Aristotelin «ilk fəlsəfəsi») öyrənən təlim başa düşülür. 

Amerika  filosofu  U.Ceyms  (1842-1910)  yazır:  «Metafizika 

termininə  dəqiq  tərif  vermək  mümkün  deyil  və  bu  sözun 

mənasını anlamağın ən yaxşı vasitəsi onun tədqiq etdiyi bir sıra 

problemləri  sadalamaqdır. Metafizika elm və həyat tərəfindən 

qoyulan,  lakin  həll  edilməyən  müxtəlif  qaranlıq,  mücərrəd, 

universal suallann müzakirə edilməsidir...»^'. Buna baxmayaraq 

o,  metafizikaya  tərif  verir:  «Bütün  varlığın  səbəbini, 

mahiyyətini,  mənasını  və  son  taleyini  axtarmağa  -  metafizika 

demək  olar.  Və  yaxud  onu  (təcrübi  və  yaxud  təcrübəüstü) 

reallığın ən ümumi baş- lanğıclan, onlann bir-biri ilə və bizim 

idrak  qabiliyyətimiz  ilə  qarşılıqlı  əlaqəsi  haqqında  elm  də 

adlandırmaq olan>.“ 

2.

 

Metafizika  adı  altında  hissiyyatüstü  təcrübəyə  söykənən 



rasionalist (ağıla əsaslanan) fəlsəfi təlim nəzərdə tutulur. Nəticə 

ağılın  gücü  sayəsində  çıxarılır.  Metafizika  eyni  zamanda 

rasional kosmologiya, rasional psixologiya, teologiya kimi bilik 

sahələrini  də  əhatə  edir.  C.Mur  (1873-1958)  deyir:  «Mən  hər 

şeydən əvvəl  «metafizik»  elə  filosofu adlandırıram  ki,  hər bir 

mövcud olan predmetin «təbii» predmet olmadığını qəbul edir. 

Beləliklə,  metafiziklərin  xidməti  ondadır  ki,  onlar  bizim 

biliyimizin 

toxunmaqla 

hiss 


etdiyimiz, 

gördüyümüz, 

duyduğumuz predmetlər ilə məhdudlaşmadığını kəskin şəkildə 

qeyd edirlƏD>.^^ 

3.

 

Alman  klassik  fəlsəfəsinin  banisi  İ.Kantdan  başlayaraq 



bir  çox  filosoflar  belə  hesab  edirlər  ki,  metafizika  təcrübəyə 

qədər «təmiz ağıl»dan çıxarılan (apriori) biliyin əsasıdır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə