Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə47/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   43   44   45   46   47   48   49   50   ...   540
1027 (1)

zaman  daxilində

 

öyrənilməsi deməkdir;  bu 



zamanın

  özünün  öyrənilməsi  deyil. 

Tarix bizim keçmiş haqqında biliyimizi zənginləşdirir dedikdə 

keçmişdə baş verənlər haqqmda bizim biliklər nəzərdə tutulur. 

Lakin fizika, fiziologiya və psixologiya elə elmlərdir ki, burada 

vaxt  daxilində  nə  baş  verməsindən  fərqli  olaraq  vaxtın  özü 

tədqiqat obyekti 

O

I



UD

)."*^  Lakin  yuxanda  göstərilən elmlərdə 

zamanın öyrənilməsi empirik və eksperimental xarakter daşıyır, 

bu  isə  qaçılmaz  şəkildə  zamanın  fəlsəfi  təbiətini  öyrənmək 

məsələsini  irəli  sürür.  Bu  cəhətdən  Eynşteynin  nisbiyyət 

nəzəriyyəsinin  əhəmiyyəti  xüsusi  qeyd  edilir.  Bu  nəzəriyyədə 

məkan  daxilində  müxtəlif  vəziyyətlərdə  olan  hadisələrin  eyni 

vaxta təsadüf etməsinə xüsusi əhəmiyyət verilir. Bununla yanaşı 

göstərmək  lazımdır  ki,  nisbiyyət  nəzəriyyəsi  zamana  həndəsi 

xarakter verərək onun biristiqamətli və dönməz olmasını nəzərə 

almır. 

Zamanın  klassik  nəzəriyyəsinə  görə  işləyən  saat  koordinat 

vaxtını hesablayır, relyativist (nisbi) nəzəriyyəyə görə isə saat 

intervalı  (arada  olan  fasiləni)  ölçür.  Zaman  haqqında  bu  iki 

nəzəriyyə arasındakı fərq yalnız fiziki cəhətdən özünü göstərir. 

İşləyən  saatın  hansı  -  koordinat  və  yaxud  interval  vaxtını 

göstərməsini  əvvəlcədən  müəyyən  etmək  olmaz.  Qnoseoloji 

(idrak) cəhətdən hər iki ehtimal mümkündür. Onların hansının 

reallığa uyğun olmasını yalnız təcrübə göstərə bilər. 

Eynşteynin məşhur saat nəzəriyyəsi (saatın gecikməsi) canlı 

orqanizmlərə də şamil edilir. Saatın gecikməsini nümayiş et- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə