Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Б.Рассел. История западной философии. M., 1959, c.22l. ■**



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə55/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   51   52   53   54   55   56   57   58   ...   540
1027 (1)

Б.Рассел. История западной философии. M., 1959, c.22l. ■** 

Гегель. Наука логики. Т.2, М., 1971, с. 166. 

54 


obyekt  mürəkkəb,  çoxpilləli  struktura,  öz  təşkilatına  malikdir. 

Obyekt  özündə  müxtəlif  qəbildən  olan  mahiyyətləri,  üzdə 

özlərini  müxtəlif  şəkildə  göstərən  dayaz  və  yaxud  daha  dərin 

mahiyyətləri  birləşdirir.  Mahiyyətin  nisbiliyi  nəinki  yalnız 

obyektin  mürəkkəb  strukturu,  onun  xassə  və  əlaqələrinin 

tükənməzliyi ilə, həm də onun fasiləsiz dəyişməsi ilə şərtlənir. 

Bu  dəyişmə  isə  obyektin  iki  əsas  tərəfinin  -  təzahür  və 

mahiyyətin  qarşılıqlı  münasibətlərinin  dəyişməsinə  gətirib 

çıxanr. 

Bütün böyük filosoflar bu və ya digər dərəcədə mahiyyət və 

təzahür  kateqoriyaları  haqqında  yazmışlar.  Məsələn,  Aristotel 

ən  yüksək  hesab  etdiyi  on  kateqoriya  sırasında  mahiyyət 

kateqoriyasını  xüsusi  qeyd  edirdi.  Onun  dediyinə  görə  qalan 

doqquz kateqoriya öz dəyərini məhz mahiyyət kateqoriyasından 

alır.  Aristotel  duyğularla  qavranan  mahiyyəti  mücərrəd  fikri 

mahiyyətdən  fərqləndirirdi.  Duyğularla  qavranan  mahiyyəti  o, 

real  mövcud  olmaq  və  yaxud  individium  (fərd)  ad-  landınr 

(«birinci mahiyyət»), fikri mahiyyəti isə növ və cins adlandırır 

və  məntiq  kimi  tədqiq  edirdi  («ikinci  mahiyyət»).  «İkinci 

mahiyyət»  «birinci  mahiyyət»ə  münasibətdə  keyfiyyəti 

quraşdırır,  yəni  mahiyyətin  bəzi  müəyyənliyini  göstərir. 

«Birinci mahiyyət» Aristotelə görə varlığın ilk əsası və bu varlıq 

haqqında  fikirdir.  Beləliklə,  Aristotelin  fikrincə,  mahiyyət 

əhəmiyyətinə  görə  daha  tutumlu  məvhum  olaraq  keyfiyyəti 

hissə, tərəf, bütövün təsviri kimi özünə daxil edir. 

Hegel özünün «Məntiq» əsərini «varlığın həqiqəti mahiyyət- 

dİD> 

sözləri ilə başlayır. Mahiyyət öz inkişafında bir çox başqa 



kateqoriyalan  yaradır:  forma və məzmun,  imkan və gerçəklik, 

təsadüf və zərurət və b. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə