Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə54/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   50   51   52   53   54   55   56   57   ...   540
1027 (1)

4.8.

 

Mahiyyət və təzahür 

«Mahiyyət» kateqoriyası «təzahür» kateqoriyası ilə vəhdətdə 

meydana  gəlir,  formalaşır  və  inkişaf  edir.  Bu  kateqoriyalar 

varlığın  müxtəlif  mərhələləridir.  Mahiyyət  deyəndə  bu  və  ya 

digər obyektdə (şeydə, sistemdə və s.) daxili, zəruri tərəflərin, 

xassələrin  və  əlaqələrin  vəhdəti  başa  düşülür.  Təzahür 

mahiyyətin  üzə  çıxması,  aşkar  edilməsi  formasıdır;  şeyin 

daxilinin üzdə görünməsidir. Bu proses bir şeyin başqa şeylər 

ilə 

53 



qarşılıqlı təsiri nəticəsində üzə çıxarılan çoxlu təsadüfi xassələr 

və əlaqələr vasitəsilə mümkün olur. 

Mahiyyət  şeylərdə,  onlann  daxili  əlaqələrində  olan  apancı, 

əsas,  müəyyənedici  amildir.  İngilis  filosofu  B.Rassel  demişdir: 

«Görünür,  şeyin  «mahiyyəti»  anlayışı  onun  elə  xassələrini 

nəzərdə  tutur  ki,  onların  dəyişməsi  şeyin  öz-özlüyündə  sıradan 

çıxması olardı (şeyin «keyfiyyəti» kimi). 

Mahiyyət  təzahür  ilə  üzvi  surətdə  bağlıdır,  özünün 

məzmununu yalnız onda, onun vasitəsilə üzə çıxanr. Təzahür də 

öz  növbəsində  mahiyyət  ilə  qınimaz  surətdə  bağlıdır,  onsuz 

mövcud ola bilməz. 

Beləliklə, təzahür mahiyyət ilə şərtlənir, təzahür - mahiyyətin 

üzdə  görünməsi,  aşkar  olunmasıdır.  Təzahürü  öyrənərək  insan 

obyektin mahiyyətinə nüfuz edir. 

Xaric  və  daxili  təzahürdən  gerçəkliyə  keçidin  mərhələləri 

kimi nəzərdən keçirən Hegel, daxil və xarici mahiyyət və varlıq 

ilə eyniləşdirirdi. O, yazırdı ki, «...daxil mahiyyət kimi, xaric isə 

varlıq kimi tərif edilir...».'“* 

Hadisələrin  məzmunu  keçici,  dəyişgən  olursa,  mahiyyət 

həmin  vaxt  sabit  olur,  bütün  dəyişmələrdə  özünü  qoruyub 

saxlaya  bilir.  Məsələn,  bu  və  ya  digər  əmtəənin  qiyməti  daim 

dəyişir, dəyəri isə müəyyən vaxt dəyişməz qalır. 

Mahiyyət  təzahürdən  fərqli  olaraq  üzdə  olmadığı  üçün  bir 

başa duyğular ilə qavranıla bilməz. 

Bəzi  filosoflar  təsdiq  edirlər  ki,  mahiyyət  dərk  edilməzdir, 

mütləq  mənəvi  substansiya  şəklində  şeylərdən  kənarda 

mövcuddur və yaxud ümumiyyətlə mövcud deyil, elmin vəzifəsi 

isə təzahürləri qeydə almaqdan ibarətdir. 

Dialektik  materializm  isə  hesab  edir  ki,  mahiyyət  obyektiv 

aləmdəki  əşyalann  özündə  mövcuddur.  Mahiyyət  və  təzahür 

obyektin bir-biri  ilə qınimaz əlaqədə olan tərəfləridir. Bu və  ya 

digər şəkildə mahiyyəti ifadə etməyən «təmiz» təzahür olmadığı 

kimi, təzahürdə üzə çıxmayan «təmiz» mahiyyət də yoxdur. Bu 

təlimə görə mahi)^ət nə isə mütləq bir şey deyil. Real 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə