Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə62/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   58   59   60   61   62   63   64   65   ...   540
1027 (1)

4.13.

 

Əlaqə və münasibətlər anlayışı 

Dünyada  əşya  və  proseslər  arasında  sonsuz  dərəcədə 

müxtəlif  əlaqələr  mövcuddur.  Konkret  əlaqələrin  öyrənilməsi 

ilə  xüsusi  elmlər  məşğuldur.  Fəlsəfə  isə  bu  əlaqələri 

ümumiləşdirib  şərh  etmək  üçün  konkret  elmlərin  məlumatına 

əsaslanır. 

Əşya və hadisələr sadəcə olaraq yan-yana yaşamır, həm də 

bir-birinə qarşılıqlı olaraq təsir göstərir. Əgər əşyalar bir-birinə 

birbaşa təsir göstərirlərsə, onlar arasındakı əlaqə bilavasitə ola 

bilər. Əgər bu qarşılıqlı təsir əlavə tərəflər vasitəsilə yaradılırsa 

əlaqə birbaşa olmaya da bilər. 

Ən geniş mənada «əlaqə» və «münasibət» anlayışları eynilik 

təşkil edirlər. Münasibətlər maddi və ideal,  genetik və aktual, 

məkan  və  zaman  içərisində  və  s.  ola  bilər.  Onlar  insanın 

subyektiv fəaliyyətinin məhsulu da ola bilər və insan şüurunun 

yaratdığı obyektlər arasında əlaqə kimi də çıxış edə bilər. 

Obyektlərin  bir-birinə  təsiri  nəticəsində  yaranan  və  onlann 

qarşılıqlı dəyişməsini təmin edən əlaqəyə adətən qarşılıqlı təsir 

deyilir.  «Qarşılıqlı  əlaqə»  və  «qarşılıqlı  təsir»  kateqoriyalan 

üzvi  surətdə  əlaqədə  olsalar  da  onların  hər  birinin  spesifik 

məzmunu  var.  Birinci  haqqında  danışanda  -  sabitlik,  ikinci 

haqqında söhbət gedəndə - dəyişgənlik momenti əsas götürülür. 

Əgər  «əlaqə»  kateqoriyasında  əşyalar  arasındakı  asılılıq 

təsdiq  edilirsə,  «qarşılıqlı  təsin>  kateqoriyası  isə  nəinki  təkcə 

əşyalar  arasındakı  əlaqəni,  həm  də  onlann  bir-birinə  qarşılıqlı 

təsiri və bu təsirin nəticəsində dəyişmələrini ifadə edir. Məsələn, 

cəmiyyət  və  təbiət,  subyekt  və  obyekt,  nəzəriyyə  və  praktika 

sadəcə  olaraq  qarşılıqlı  əlaqədə  deyil,  onlar  həm  də  qarşılıqlı 

təsirdədirlər, bu da həmin tərəflərin dəyişməsinə gətirir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə