Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə61/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   57   58   59   60   61   62   63   64   ...   540
1027 (1)

4.12.

 

İmkan və gerçəklik 

Keçmişin,  indinin  və  müəyyən  şərait  olarsa  gələcəkdə  baş 

verəcəklərin 

dialektikası 

«gerçəklik» 

və 


«imkan» 

kateqoriyalarında əks olunur. 

İmkan  kateqoriyası  hadisənin  təşəkkül  tapmasının  elə 

mərhələsini  əks  etdirir  ki,  hadisə  hələ  müəyyən  gerçəkliyə  aid 

olan ilkin şərt və yaxud tendensiya (meyl) şəklində mövcud olur. 

Ola biləcək, lakin hələ olmayan imkandan fərqli olaraq, gerçəklik 

artıq  baş  vermiş  şeydir,  yəni  imkanın  həyata  keçməsi  və  yeni 

imkanlann yaranması üçün əsasdır. 

Gerçəkliyə  çox  vaxt  bizdən  kənarda  mövcud  olan  təbiət, 

maddi  dünya,  yəni  obyektiv  mövcud  olan  iş  kimi  tərif  verilir. 

Lakin bu o qədər də dəqiq tərif deyil, çünki gerçəklik maddilik ilə 

məhdudlaşmır.  İmkan  adətən  gerçəkliyin  inkişafında  yeninin 

ilkin şərti (potensiyası və yaxud tendensiyası) kimi başa düşülür. 

Başqa  sözlə,  gerçəklik  elə  bil  ki,  özünün  daxili  potensiyasını 

imkandan  keçərək  üzə  çıxarır.  İmkanın  olması  sonrakı  inkişaf 

yolunun olmasıdır. Bu mənada imkan gələcəyin indiki zamanda 

olmasıdır,  yəni  bu  gün  mümkün  olmayan  şey  müəyyən  şərait 

yaranarsa sabah gerçəkləşə bilər. 

İmkan və gerçəklik bir-birinin əksi  olsa da, dialektik vəhdət 

təşkil edirlər. Gerçəklik zəminində yaranaraq və gələcəyi indiki 

zamanda  təmsil  edərək,  imkan  bu  yolla  özünün  gerçəkliyə  əks 

olmasının nisbiliyini aşkar edir. Çünki hər bir hadisənin inkişafı 

onun meydana gəlməsi üçün lazım olan ilkin şərtin yetişməsin- 

62 



dən, yəni müəyyən şərait olarsa həyata keçə bilən imkanın 

mövcudluğundan başlayır. 

Yalnız gerçəkliyin dərindən öyrənilməsi insana kömək edir 

ki, imkanlan aşkar etsin, perspektivi düzgün qiymətləndirsin və 

özünün əməli fəaliyyətində bu biliyə istinad etsin. 

İmkanın  aşağıdakı  növləri  var:  real  və  formal,  konkret  və 

mücərrəd, keyfiyyət və kəmiyyətə görə və s. imkanlar. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə