Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə63/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   59   60   61   62   63   64   65   66   ...   540
1027 (1)

63 


4.14.

 

Keyfiyyət, xassə, kəmiyyət

ölçü anlayışları 

Əşyaların, 

sistemlərin, 

hadisələrin, 

proseslərin, 

münasibətlərin  bütövlük  baxımından  xarakteristikası,  onlann 

özünəməxsusluğu,  bir-birindən  fərqi  -  fəlsəfi  kateqoriya  olan 

keyfiyyət 

ilə  ifadə  olunur.  Keyfiyyət  bu  və  ya  digər  obyektin 

varlığı  ilə  eyniyyət  təşkil  edən  elə  müəyyənlikdir  ki,  onun 

itirilməsi obyektin əvvəlkindən köklü surətdə fərqli olan nə isə 

yeni bir şeyə çevrilməsinə gətirib çıxarır. 

«Keyfiyyət»  öz  fəlsəfi  məzmununa  görə  ən  mücərrəd 

kateqoriyalardan  biridir.  Keyfiyyətin  itməsi  keyfiyyət 

müəyyənliyi  kimi  əşyanın  özünün  yox  olmasıdır.  Hegel 

demişdir: 

«Xey-  fiyyət

  ümumiyyətlə  varlıq  ilə  eyni  olan 

bilavasitə müəyyənlikdir. Bir şey öz keyfiyyəti sayəsində məhz 

həmin  şeydir,  öz  keyfi)^ətini  itirəndən  sonra  artıq  həmin  şey 

olmuD)."*’  Bu  kateqoriya  hələ  antik  fəlsəfədə  formalaşsa  da 

Hegel tərəfindən kateqoriyalar sistemində müstəqil yer tutması 

üçün nəzəri cəhətdən əsaslandınidı. 

«Keyfiyyət» termini bir çox hallarda özünün əsas kateqorial 

mənasında  deyil,  «əlamət»,  «xassə»,  «cəhət»,  «tərəf»  kimi 

göstərilir.  Belə  münasibətə  vaxtı  ilə  Aristotel  də  diqqət 

yetirmişdir. 

Xassələrin cəmi kimi başa düşülən keyfiyyət əşyanın vəhdəti, 

bütövlüyü  kimi  təqdim  edilir,  onun  nisbi  sabitliyi,  özü  ilə 

eyniyyət  təşkil  etdiyi  göstərilir.  Deməli,  «keyfiyyət»  anlayışı 



«xassə»

  anlayışı  ilə  qırılmaz  surətdə  bağlıdır.  Tək  keyfiyyət 

münasibətinə  «xassə» deyilir. Xassə predmetin elə tərəfidir ki, 

onun  başqa  predmetlər  ilə  fərqini  və  yaxud  oxşarlığını 

şərtləndirir və bu tərəf həmin predmetin başqaları ilə qarşılıqlı 

təsirində təzahür edir. Məsələn, elastiklik, rəng, elektrik keçirmə 

qabiliyyəti və s. Predmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi 

onların  əsas  keyfiyyətini  dərk  etmək  yolunda  irəliyə  bir 

addımdır.  Əşyaların  nə  olduqlarını,  necə  təzahür  etdiklərini 

göstərən xassələrin cəminə «keyfiyyət» deyilir. Deməli, pred- 

47 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə