Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə60/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   56   57   58   59   60   61   62   63   ...   540
1027 (1)

4.11.

 

Zərurət, təsadüf və qaçılmazlıq 

Səbəb və nəticə arasındakı münasibət iki formada çıxış edə 

bilər:  zəruri  və  təsadüfi. 

Zərurət

  mövcud  şəraitdə  mütləq  baş 

verəcək  şeyə  deyilir. 

Təsadüfi

  belə  xarakterizə  etmək  olar: 

təsadüf o şeydir ki, gerçəklikdə baş verə də bilər, verməyə də 

bilər.  Zərurətin  ali  təzahür  formasına 



qaçılmazlıq  (labüdlük) 

deyilir. 

D.Yum  göstərirdi  ki,  oxşar  hadisələrin  daim  birləşməsini 

müşahidə  edən  adamlar,  onlann  gələcəkdə  də  birləşməsini 

gözləməyə  məcburdurlar.  Zərurət  ideyası  elə  həmin  gözləmə 

məcburiyyəti  deməkdir.  Oxşar  hadisələrin  oxşar  səbəblərdən 

sonra  gələcəklərini  gözləyərək  biz  fikirləşməyə  başlayınq  ki, 

səbəb müəyyən hadisəni baş verməyə məcbur edir. Lakin Yum 

soruşur  ki,  burada  zərurət  haqqında  danışa  bilərikmi?  Yox, 

danışa bilmərik, çünki biz yalnız bir şeyin başqa şeydən sonra 

gəldiyini görürük. Biz gözləyə bilmərik, zərurəti nə görə, nə də 

ümumiyyətlə hiss edə bilərik. 

Ənənəvi  olaraq  belə  hesab  edilirdi  ki,  bütün  zəruri  olan 

şeylər  varlığın,  əşyanın,  onlann  daxili  səbəbləri  ilə  bağlıdır. 

Zərurət  predmet  və  hadisələrin  daxili  tərəfinin  bir  aspektini 

ifadə edir; təsadüf isə, əksinə, müxtəlif varlıq növlərinin xarici 

xassə və əlamətlərini ifadə edir. 

Lakin  müasir  tədqiqatçıların  çoxu  müəyyən  ediblər  ki, 

zərurət  yalnız  daxili  deyil,  həm  də  xarici  əlaqələr  üçün  də 

xarakterikdir,  təsadüf  yalnız  xarici  deyil,  həm  də  daxili 

səbəblərlə  şərtlənir.  Ona  görə  ki,  xarici  -  yalnız  kənardan 

gətirilən  şey  deyil.  Xarici  -  tədqiq  edilən  daxilin  üzdə  olan 

tərəfidir. 

Əgər  hər  şey  səbəblə  şərtlənirsə  və  səbəb-nəticə  əlaqəsi 

zəruri xarakter daşıyırsa, buradan belə nəticə çıxarmaq olar ki, 

təsadüf  üçün  ümumiyyətlə  yer  qalmır.  Mexaniki  determinizm 

məhz  belə  hesab  edir  və  zərurəti  səbəbiyyət  ilə  eyniləşdirir. 

Mexaniki  determinizmin  tərəfdarlan  təsadüfi  səbəbi  məlum 

olmayan  hadisə  hesab  edirlər.  Əgər  səbəb  dərk  edilirsə,  o 

zərurətə çevrilir. Beləliklə, təsadüf təmiz subyektiv kateqoriya 

olur;  zərurət  mütləq  mənada  başa  düşülür  və  bütün  baş 

verənlərin  öncədən  müəyyən  edilməsi  ideyası  -  fatalizm  ilə 

ifadə edilir. 

60 



Dialektik  materializmə  görə  həm  zərurət,  həm  də  təsadüf 

obyektiv  xarakter  daşıyır  və  səbəblə  şərtlənirlər.  Obyektiv 

əlaqələrin  bu  iki  növü  səbəbin  xarakterinə  görə  fərqlənirlər. 

Zərurət  və  təsadüf  bir-biri  ilə  qırılmaz  bağlarla  əlaqədədir  və 

müəyyən şəraitdə bir-birinə keçirlər - zərurət təsadüfə, təsadüf 

zərurətə  çevrilir.  F.Engels  təsadüfi  zərurətin  təzahür  forması 

adlandırırdı.  Zərurət  bilavasitə  hissi  qavrayışla  qəbul  edilmir, 

çoxlu təsadüfi xassə və əlaqələrdən keçərək özünə yol açır. Elm 

yalnız zərurəti açaraq qanunauyğun əlaqə və münasibətləri dərk 

etməyə  başlayır,  uyğun  qanunları  formalaşdırır.  Zərurəti 

açmadan  təbiət  və  cəmiyyətdəki  qanunauyğunluqları  dərk 

etmək mümkün deyil. 

Marksist fəlsəfəyə görə zərurət kateqoriyası qaçılmaz (labüd) 

olaraq başqa cür yox, məhz bu şəkildə baş verməli olan bu və ya 

başqa  hadisənin  mütləq  meydana  gəlməsini  və  inkişafını 

şərtləndirən əlaqəni əks etdirir. Lakin təsadüf kimi o da təmiz 

şəkildə mövcud olmur: təsadüf zərurətin əsasında baş verir. Ona 

görə  də  təmiz  şəkildə  zərurəti  qəbul  etmək  onu 

ideallaşdırmaqdır, bir sıra təsadüfi faktlardan təcrid olunmaqdır. 

Belə  ideallaşdırma,  dinamik  qanunauyğunluqlarda  (sərt  deter- 

minasiya qanunauyğunluqlarında) baş verən zərurəti əks etdirən 

mexanikada  və  klassik  fizikada  asanlıqla  həyata  keçirilsə  də, 

yalnız  çoxlu  təsadüfi  hadisələrin  ümumiləşdirilməsi  əsasında 

üzə  çıxarıldığı  mürəkkəb,  xüsusən  sosial  hadisələrin  dərk 

edilməsində  həyata  keçirilə  bilməz.  Məsələn,  demoqrafiya  və 

miqrasiya proseslərində, hər bir ayrı hadisə bütövə münasibətdə 

təsadüf  hesab  edilir.  Lakin  bir  yerdə  götürüləndə  bu  proseslər 

sabit,  təkrar  olunan  zəruri  meyllər  (tendensiyalar)  kimi  çıxış 

edirlər. 

Bəzi  filosoflar  çox  hallarda  zərurəti  qanun  və  yaxud 

qanunauyğunluq  ilə  eyniləşdirirlər.  Bu  halda  xarici  asılılıq 

zərurət sahəsindən kənar edilir, zərurətə yalnız daxili faktor kimi 

baxılır; təsadüf isə qanun çərçivəsinə girməyən xarici hadisələr 

hesab edilir. 

Klassik  fizika  fundamental  prosesləri  determinasiya  olunan 

və dönmək qabiliyyəti olan proseslər kimi tədqiq edirdi. Tə- 



61 


sadüf  və  yaxud  zərurət  ilə  əlaqədə  olan  proseslər  ümumi 

qaydadan  təəssüf  doğuran  istisna  hesab  edilirdi.  Lakin  son 

onilliklərdə təbiətşünaslıqda əhəmiyyətli dəyişikliklər baş verdi. 

Nəticə etibari ilə biz indi daha dərindən anlayınq ki, elementar 

hissəciklərdən başlamış kosmologiyaya qədər bütün səviyyələrdə 

təsadüf  və  zərurət  mühüm  rol  oynayır  və  bunun  əhəmiyyəti 

biliklərimiz  genişləndikcə  daha  da  artır.  Bu  kateqoriyalara  indi 

istisna kimi yox, ümumi qayda kimi baxılır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə