Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə56/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   52   53   54   55   56   57   58   59   ...   540
1027 (1)

4.9.

 

Məzmun və forma 



Şeyin  məzmunu

  onun  bütün  elementlərinin  cəmi,  qarşılıqlı 

təsiri  və  dəyişməsidir.  Şeyin  məzmununa  yalnız  onun 

elementlərinin bir-biri ilə qarşılıqlı təsiri,  yəni daxili  qarşılıqlı 

təsiri deyil, həm də şeyin xarici qarşılıqlı təsiri, yəni onun başqa 

obyektlərlə  qarşılıqlı  əlaqəsi  də  daxildir.  Məsələn,  atomun 

məzmununa  onun  nüvəsi,  elektronlar,  onlann  arasındakı 

qarşılıqlı təsir, həm də 



55 


atomun  real  mövcud  olan  xarici  qarşılıqlı  əlaqəsi  daxildir. 

İncəsənət  əsərinin  məzmunu  onun  ideyası  və  mövzusunun 

vəhdətdə götürülmüş cəmidir. 

Şeyin forması

 onun elementləri arasında mövcud olan sabit 

əlaqələrin  təşkil  olunmasıdır.  Məsələn,  incəsənət  əsərinin 

forması hər şeydən əvvəl onun kompozisiyası, süjeti və dilidir. 

Hər  bir  sistemin  həm  məzmunu,  həm  də  forması  var. 

Dialektik təlimə görə heç vaxt, heç bir şəraitdə və heç bir yerdə 

formasız  məzmun  və  məzmunsuz  forma  olmur.  Üzvi  əlaqədə 

olan  məzmun  və  forma  şeyin  əks  tərəflərini  təşkil  edir. 

Məzmunun  müəyyənedici  tendensiyası  (meyli)  dəyişgənlik, 

formanınkı isə sabitlikdir. Forma çərçivəsində sanki məzmunun 

fəallığı, çevikliyi  özünü  göstərir.  Bununla  yanaşı formanın da 

fəallığını xüsusi qeyd etmək lazımdır, çünki forma öz tərəfindən 

məzmunun inkişafına böyük təsir göstərir. 

Strukturu,  elementlərin  daxili  əlaqəsini  məzmundan  xaric 

etsək  məzmun  parçalana  bilər.  Məsələn,  su  yalnız  o  zaman 

məzmun (eyni zamanda forma) qazanır ki, hidrogen və oksigen 

müəyyən şəkildə qarşılıqlı əlaqədə olur, struktur cəhətdən təşkil 

edilir.  Bu  isə  o  deməkdir  ki,  daxili  qarşılıqlı  əlaqə,  struktur 

məzmunun  zəruri  momentidir,  bunsuz  məzmun  mövcud  ola 

bilməz. 


Platonun  sistemində  forma  ümumi  anlayış,  ideyadır  (yun. 

«eydos»  -  görünüş  obraz).  Sərbəst,  əşyalar  dünyasından  asılı 

olmayaraq  mövcud  olan  ideyalar  əbədi  və  dəyişməz 

mahiyyətlərin  xüsusi  dünyasını  təşkil  edirlər.  Aristotelə  görə 

forma  hər  şeyin  varlığının  əsasıdır,  yəni  materiyasız 

mahiyyətdir.  Forma  həm  də  materiyanın  səbəbidir,  yalnız 

formanın  sayəsində  materiya  müəyyənlik  qazanır.  Aristotel 

nəticə  çıxarır  ki,  Allah  bütün  formaların  formasıdır. 

Materiyanın dəyişməsi fəallığın ideal daşıyıcısı olan forma ilə 

müəyyənləşir. Hegel isə forma və məzmunu eyniləşdirir. 

Bir çox hallarda forma dedikdə eyni məzmunun hissəsi, növü 

başa düşülür (məsələn, hərəkətin formaları, şüurun formaları və 

s.). Başqa halda isə forma məzmunun mövcudluq vasitəsi, onun 

ifadəsi hesab edilir. 



56 


Platon,  Aristotel,  Hegel  göründüyü  kimi  formanı  maddi 

olmayan  başlanğıc  kimi  başa  düşür,  onun  müəyyənedici  fəal 

rolunu qeyd edir və mahiyyət, qanun ilə eyniləşdirirdilər. 

Kant  isə  «forma»  dedikdə ilk növbədə təfəkkürün formala- 

nnı,  daha  dəqiq  desək,  onun  strukturunu  başa  düşür,  çünki 

söhbət  təfəkkürün  daxili  qanunauyğunluqlarından  gedir. 

Kateqoriyanın  özü  isə  fikrin  təmiz  subyektiv,  aprior  mənşəyi 

olan forması (strukturu) kimi çıxış edir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə