Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə53/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   49   50   51   52   53   54   55   56   ...   540
1027 (1)

struktur

  adlanır.  Struktur  (lat.  «struktura»  -  quruluş,  nizam, 

əlaqə)  obyektin  bütövlüyünü  təmin  edən  dayanıqlı  əlaqələrin 

məcmuudur.  Başqa  sözlə,  struktur  -  sistemin  elementləri 

arasında  qarşılıqlı  əlaqə  vasitəsidir,  yəni  sistemin  elementləri 

arasındakı  münasibətlərin  cəmi,  həmin  elementlərin  təşkil 

edilməsi, qaydaya salınmasıdır. 

«Sistem» anlayışı da «element» kateqoriyası kimi hələ antik 

dövrdə fəlsəfi təlimlərdə təlim idi. «Sistem» sözünün yunanca 

olan mənası «bütöv» sözünə uyğun gəlir. 

Elmin əvvəlki tarixində «sistem» və «bütöv» həmişə sinonim 

kimi  işlədildiyinə  görə  bu  sözlərin  mənşəyini  ciddi  şəkildə 

ayırmaq  da  çətindir.  Bu  cəhətdən  Leybnisin  «Monadologiya» 

əsəri maraq doğurur. Burada monadalann bütöv sistem şəklində 

qarşılıqlı təsirindən danışılır. 

Didronun  molekullar  haqqındakı  təlimində  az  da  olsa 

«sistemli münasibət»dən bəhs edilir. Didroya görə molekullann 

xassələri  bir-birinə  münasibətdə  faktiki  olaraq  müstəqildirlər. 

Holbaxm  «Təbiətin  sistemi»  əsərində  «sistemli  münasibət»ə 

meyl açıq şəkildə özünü göstərir. 

Alman klassik fəlsəfəsində «sistemli münasibət» daha geniş 

şərh edilir. Hegelə görə «sistemli münasibət» fəlsəfədə ən əsas 

olmasa da əsaslardan biridir. 

Qarşılıqlı əlaqədə olan elementlərin məhdud çoxluğu sistemi 

yaradır.  Yuxarıda  göstərildiyi  kimi,  bir  çox  müəlliflər  indi  də 

bütövlüyü sistemin  əlamətləri sırasına daxil edirlər.  Lakin  hər 

bir sistem bütövdürmü? Belə bir fikir geniş yayılıbdır ki, bütün 

birləşmələr,  o  cümlədən  qeyri-mütəşəkkil  birləşmələr 

(cəmlənmiş bütövlər) - sistemdirlər. 

52 



Əlbəttə,  sistem  -  hissələrin  əlaqəsi,  təşkil  olunması, 

nizamlanması ilə xarakterizə olunan bütöv ilə müqayisə oluna 

bilər.  Ona  görə  də  hər  bir  bütöv  sistem  kimi  götürülə  bilər. 

Lakin  bütövü  hissələrin  qarşılıqlı  əlaqəsi  kimi  tədqiq  edərkən 

hissələrin  spesifikası  (xüsusiyyətləri)  diqqət  mərkəzində 

olmalıdır,  çünki  bu  imkan  verir  ki,  hissələrin  hər  birində 

ayrılıqda  olmayan  inteqrativ  xassə  ümumidə  üzə  çıxarılsın. 

Obyekti sistem kimi öyrənən tədqiqatçı - element və strukturun 

spesifikasından yayınır. 

Sistem  öz  komponentlərinə  fəal  təsir  göstərir,  öz  təbiətinə 

uyğun  olaraq  onları  dəyişdirir.  Nəticədə  başlanğıc 

komponentlər  böyük  dəyişikliklərə  məruz  qalır,  sistemə  daxil 

olana  qədər  malik  olduğu  bəzi  xüsusiyyətlərini  itirir,  yeni 

xassələr qazanır, qalan xassələr də dəyişməyə başlayır. Sistem 

yaranan vaxt çox hallarda əvvəllər olmayan yeni komponentlər 

yaranır. 

Sistem  elementlərin  əlaqəsi,  onlann  strukturu  olmasa 

mövcud olmur. Lakin struktur da elementsiz yaşamır. Bununla 

yanaşı  struktur  və  elementlərin  qarşılıqlı  asılılığı  onlann  nisbi 

müstəqilliyini istisna etmir.' 

Sistemin  qarşılıqlı  əlaqədə  olan  elementləri  müəyyən 

funksiy-  alan  həyata  keçirir.  Bu  da  bütün  sistemin  fəaliyyət 

göstərməsinə gətirib çıxanr. Beləliklə, sistem onun funksiyalan 

tərəfindən  də  izah  edilə  bilər.  Struktur  sistemin  sabitliyini, 

funksiya  isə  onun  dəyişgənliyini  ifadə  edir.  Deməli,  sistem  - 

struktur  və  funksiyanın  ziddiyyətli  vəhdətidir.  Funksiyada 

olmaq elementlərin, onlann daxili əlaqəsi ilə şərtlənir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə