Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə52/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   48   49   50   51   52   53   54   55   ...   540
1027 (1)

4.7.

 

Sistem, element, struktur 

Element

  nisbətən  sabit,  keyfiyyətcə  müəyyən  reallıqdır  ki, 

nisbətən sabit, keyfiyyətcə müəyyən başqa reallıqlarla qarşılıqlı 

əlaqədədir və onlarla birlikdə bütöv 



sistem

 təşkil edir. 

«Element» ilk dəfə kateqoriyalar sistemində yəqin ki, qədim 

yunan fəlsəfəsində özünə yer tapmışdır. Milet filosoflan Fales, 

Anaksimen və Anaksimandr «element» dedikdə bütöv dünyanı 

təşkil  edən  ilk  başlanğıc,  ilk  əsas  başa  düşürdülər.  Belə 

başlanğıc  Fales  üçün  su  idi.  Sonralar  dünyanın  bütün 

müxtəlifliklərinin  keyfiyyətcə  başlanğıc  elementlərinin  sayı 

dördə çatdınimışdır: su, hava, torpaq, od. 

Levkipp  və  Demokritin  atomist  nəzəriyyəsi  yaranandan 

sonra elementlər nəzəriyyəsi əhəmiyyətli dəyişikliklərə uğradı. 

Bundan sonra materialistlər atomları ilk başlanğıc hesab etdilər. 

Yunanların  irəli  sürdüyü  «atom»  anlayışı  isə  kiçik  əlavələrlə 

hələ XIX əsrin axırlarına qədər qaldı. 

«Element»  kateqoriyasının  məzmunu  haqqında  fəlsəfi 

anlayış  hələ  Hegelin  dialektik  konsepsiyasında  keyfiyyətcə 

ciddi 

51 



dəyişikliyə  məruz  qaldı.  Bu  dəyişikliyin  xüsusiyyəti  ondan 

ibarət  idi  ki,  birincisi  Hegel  faktiki  olaraq  sadə  ilk  başlanğıc 

kimi «element» anlayışından imtina edir; ikincisi, Hegel kifayət 

qədər  ardıcıl  olaraq  bu  kateqoriyanı  «bütöv»  kateqoriyası  ilə 

qarşılıqlı münasibətdə götürür. Bu isə o deməkdir ki, hər bir ayn 

hissənin məna və məzmunu mütləq deyil, nisbi xarakter daşıyır. 

Sistemin elementləri arasındakı əlaqələrin müəyyən qaydası 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə