Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə68/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   64   65   66   67   68   69   70   71   ...   540
1027 (1)

4.16.

 

İnkar anlayışı 

Hegelin dediyinə görə inkar - yeni yaranan anlayışdır, lakin 

özündən  əvvəl  gələn  anlayışdan  daha  geniş  və  zəngin  olanda 

sonrakı  inkişafı  təmin  edir.  Yeninin  təşəkkül  tapması  çox 

hallarda köhnənin inkar edilməsi ilə bağlı olur. 

İnkar  haqqında  müxtəlif  fikirlər  var.  Məsələn,  antik 

cəmiyyətdə müəyyən dövrlərdə belə fikir olmuşdur ki, hər bir 

yeni - köhnədən pisdir, cəmiyyət, əxlaq, hətta dil pozulur, xarab 

olur.  İnkar  dedikdə  burada  keçmişə  dönüş  başa  düşülürdü. 

Başqa  növ  inkar  köhnəni  tamamilə  aradan  götürməyə,  məhv 

etməyə çalışır. Belə fikir «inkar» və «məhvetmə» anlayışlarını 

eyniləşdirir. Nəhayət, inkarı nə isə yeni bir şeyə prinsipial keçid 

kimi  başa düşənlərin  fikri.  Belə  halda əksliyə keçid  baş verir, 

lakin keçmiş ilə əlaqə kəsilmir, köhnənin bütün yaxşı tərəfləri 

yenidə saxlanılır. Köhnənin tamamilə ləğv edilməsi deyil, onun 

öz  dövrünü  keçirmiş,  sonrakı  inkişafa  mane  olan  tərəflərinin 

ləğvi elmi inkar üçün xarakter cəhətdir. 

Real gerçəklikdə zidd tərəflər mövcuddur: doğum və ölüm, 

çiçəklənmə və tənəzzül, tərəqqi və geriləmə. Elmi inkara görə 

köhnə  sadəcə  olaraq  atılmır,  Hegelin  dediyi  kimi,  yeni 

tərəfindən  qaldırılır.  Köhnə  ilə  yeni  arasında  əlaqənin 

saxlanmasına  varislik  əlaqəsi  deyilir.  Belə  əlaqə  olmadan  hes 

bir inkişaf ola bilməz. 

68 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə