Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Гегель. Наука логики. T.l, M., 1970, c.436



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə67/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   63   64   65   66   67   68   69   70   ...   540
1027 (1)

Гегель. Наука логики. T.l, M., 1970, c.436. 

Ал-Фараби. Естественно-научные трактаты, c.402-403. 

66 


Ziddiyyət

  bir-birini  inkar  edən  əksliklərin  (tərəflərin, 

xassələrin)  münasibətidir.  Deməli,  münasibət  əksliklərin 

qarşılıqlı təsiri kimi çıxış edir. 

Əksliklərin  müəyyən  mərhələdə  birləşməsi,  bölünməzliyi 

onların 


vəhdətidir,

  inkar,  biraraya  sığmazlıq,  qarşıdurma 

münasibəti isə onların 

mübarizəsidir.

 

Eynilik

 elə kateqoriyadır ki, predmetlərin, hadisələrin özləri 

ilə  bərabərliyini,  eyni  olmasını  ifadə  edir.  Lakin  dəyişən  real 

gerçəklikdə  mütləq  eynilik  yoxdur.  Hər  bir  eynilik  fərq  ilə 

əlaqədədir  və  nisbidir,  əşyaların  inkişafı  isə  mütləqdir. 

Əksliklərin  eyniliyi  özünün  daha  tam  ifadəsini  əksliklərin 

bir-birinə keçid anında tapır. 

Hegel hesab edirdi ki, fərqdən məhrum olan hər hansı eynilik 

mücərrəd  xarakter  daşıyır.  Eynilik  (ziddiyyətsizlik)  qanununu 

yaradan Aristoteldən fərqli olaraq o, təsdiq edirdi ki, ziddiyyət 

dünyanı 


hərəkətə 

gətirir, 

«ziddiyyətlə 

düşünməyin 

mümkünsüzlüyünü demək gülməlidir». 

Fərq

 

ziddiyyətin  hissələrindən  birini  ifadə  edən 



kateqoriyadır,  bütövün  fəaliyyət  göstərməsidir.  Fərq  -  bir 

obyektdə mövcud olan əlamətlərin başqasında olması əsasında 

obyektlərin müqayisəli xarakteristikasıdır. Fərq - eynilik olmasa 

mövcud ola bilməz. 

Hər  bir  maddi  varlıqda  və  insanların  intellektual 

fəaliyyətində  dəyişgənlik  və  sabitliyin,  hərəkət  və  sükunətin, 

varlığın  fasiləsizliyi  və  fasiləliyi,  sonlu  və  sonsuzluğun 

arasındakı qarşılıqlı əlaqə ziddiyyətin mövcudluğunun ümumi 

formasıdır. 

Göstərmək  lazımdır  ki,  formal  məntiq  idrakda  ziddiyyətin 

olmasını  qəbul  etmir.  Məntiqi  ziddiyyətlərin  qəbuledilməzliy- 

inin  səbəbi  öz  əsasına  görə  qnoseolojidir,  yəni  idraka  aiddir. 

Odur  ki,  təbii  olaraq  bu  səbəbi  yalnız  qnoseologiya  (idrak 

nəzəriyyəsi) aça bilər. 

Hegel  özünün  «Məntiqin  elmi»  əsərinin  ikinci  hissəsində 

«eynilik», «fərq», «əkslik», «ziddiyyət» kateqoriyalannı araşdı- 

nb  və  bütün  şeylərin  ziddiyyətli  olması  ideyasını 

əsaslandırmışdır.  Fəqət  Hegelə  görə  ziddiyyətlərin  geniş 

açılması maddi dünyada deyil, mütləq təfəkkürdə, mütləq ruhda 

baş verir. Ruh 



67 


elə qüvvəyə malikdir ki, yalnız o bu ziddiyyətlərə dözə bilir və 

sonra onlan həll edir. 

Ziddiyyətlərin müxtəlif növlərini göstərirlər: daxili və xarici 

ziddiyyətlər;  əsas  və  əsas  olmayan  ziddiyyətlər;  antaqonist 

(barışmaz) və antaqonist olmayan ziddiyyətlər. 

Ziddiyyətin əksi 



harmoniya

 adlanır. Harmoniya (yun. «har- 

monia»  -  əlaqə,  uyğunluq,  düzgünlük)  obyektin  müxtəlif 

tərəflərinin  mütənasibliyi,  bu  tərəflərin  bütöv  şəkildə 

qovuşmasıdır. Harmonik münasibətdə olan tərəflər əksliklərdə 

olduğu  kimi  bir-birini  inkar  etmir,  əksinə,  bir-birini 

tamamlayaraq mövcud münasibətin varlığını təmin edirlər. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə