Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


L Qədim Şərq ölkələrində fəlsəfi fikir



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə70/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   66   67   68   69   70   71   72   73   ...   540
1027 (1)

L Qədim Şərq ölkələrində fəlsəfi fikir 

1.

 

Qədim Hindistanda fəlsəfi fikir 

Qədim  Hindistanda  fəlsəfənin  meydana  gəlməsi  b.e.ə. 

təxminən I minilliyin ortalarına təsadüf edir (b.e.ə. Vl-V əsrlər). 

Hind  yazılı  ədəbiyyatının  ən  qədim  abidəsi  Vedlər  adlanır. 

Bu topluda dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk 

məlumatlar verilir. Vedlər dörd hissədən ibarətdir: 1) 



«Riqve- 

da»

  (himnlər  toplusu);  2) 



«Samaveda»

  (mahnılar  toplusu);  3) 



«Yacurveda»

  (qurban  vermə  qaydalan);  4) 



«Atxarvaveda» 

(sehrləmə toplusu). 

Bu toplulann da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların 

ikisi  daha  mühüm  hesab  edilir  - 



mantrlar  və  brahmanlar. 

Mantrlar  («ruhun  alətləri»)  həm  himn,  həm  qayda,  həm  də 

sehrləmə  deməkdir.  Brahmanlar  isə  dini  mərasim  haqqında 

təlimat və mifoloji süjetləri özündə birləşdirən mətnlərdir. 



Brahmanlar

 elə mərasim toplusudur ki, kahinlər mürəkkəb 

dini  qurban  ayinlərini  icra  edərkən  ona  əsaslanırdı.  Brahman- 

larda  deyilirdi  ki,  insanların  allahlar,  başqa  insanlar  və 

heyvanlar  qarşısında  da  xüsusi  borcu  və  vəzifələri  var.  Bu 

vəzifələr  aşağıdakılara  münasibətlərə  görə  qruplaşdırılır:  1) 

allahlara;  2)  peyğəmbərlərə;  3)  sələflərə  (ulu  babalara);  4) 

insanlara; 5) başqa aşağı canlı məxluqlara. Brahmanlara görə öz 

borcunu 

69 



yerinə  yetirən  -  yaxşı  adamdır.  Həyat  -  vəzifə  və  məsuliyyət 

deməkdir. 

Brahman mütləq həqiqət və təmiz şüur olduğu üçün şüurdan 

törəyir. Brahmançılıq isə Brahmana qovuşmaq təcrübəsidir. Bu 

təlimə görə insan özünümüşahidə prosesində özünü dərk edir, o 

həm də bütöv Kainatı başa düşür. İdrak və varlıq eynidir, eyni 

mütləqin  ayrılmaz  aspektidir.  Həqiqəti  dərk  etmək  -  həqiqətə 

çevrilmək  deməkdir;  belə  ki,  şəxsiyyətin  mahiyyəti  ilahiliyin 

özünü  dərk  etməsidir.  Beləliklə,  özünüdərk,  xüsusən  intuitiv 

özünüdərk insanı getdikcə daha çox Mütləqə birləşdirir. 

Brahman  yalnız  mütləq  qüvvə  və  intellekt  deyil,  həm  də 

mükəmməl  səadət  və  hər  bir  rifahın  mahiyyətidir.  İnsanın 

qurtuluşu  və  yaxud  xilası  ilahi  olmayan  nə  varsa  hamısını 

aradan qaldırmaq yolu ilə mütləq səadətə qovuşmaqdır. 

Sonralar  Brahmanlar  əsasında  yaranan  mətnlərdən  ən  çox 

yayılanı 



upanişaddır.

 Bu söz sanskritcə İnədən ibarətdir: «upa» 

önsözü  -  yanında,  yaxınlığında,  «ni»  -  aşağıda,  «şad»  kökü  - 

oturan, yəni öz müəlliminin ayaqlarının yanında oturan şagird 

deməkdir. 

Upanişad  təliminə  görə  vəzifə  (borc)  ən  yüksək 

təkmilləşməyə  çatmaq  üçün  vasitədir.  Özünü  ali  mərhəmət 

dərəcəsinə çatdırmaq - bütün sahələrdə əsl insan kimi yaşamaq 

deməkdir.  Bu  ideala  o  vaxt  nail  olmaq  olar  ki,  insan  fərdi 

məhdudluğunu  aradan  götürsün  və  özünü  ümumi  ilə  tam 

halında eyniləşdirsin. Xilas olmaq - ruhun boy atması yoludur. 

Ölməzliyin  ən  ali  təzahürü  -  Allahla  birləşməkdir.  Tərəqqi 

Allahla birləşmək üçün tükənməz cəhddir. 

Upanişadlar Vedlərin mərasimçiliyi əleyhinə çıxış edirdilər. 

Onların  fikrincə,  mərasim  tamamilə  əks  nəticələrə  gətirib  çı- 

xanr,  insanı  mövcudat  axanna  salır  və  bu  yolla  onu  maddi 

dünyanın toruna salır. Upanişadlar başqa xilas yolu göstərirlər: 

xarici dünya istiqamətinə səyahət. Ved ənənəsi Kainatın həyati 

qüvvəsindən  ilham  alır,  upanişad  ənənəsi  isə  insana  yönəlib, 

insan şüuruna və özünümüşahidə vaxtı baş verənlərin hamısına 

münasibətdə gərgin diqqətə üstünlük verir. 

70 



Qədim hind fəlsəfəsinin xarakter xüsusiyyətlərindən biri də 

odur  ki,  bu  fəlsəfə  müəyyən  sistemlər  və  yaxud  məktəblər 

çərçivəsində inkişaf edirdi. Qədim hind məktəblərinə cay- nizm, 

buddizm, çarvak-lokayatlar, hinduizm aiddir. 

Əsası Vardxamana (b.e.ə. VI əsr) tərəfindən qoyulmuş 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə