2.
Qədim Çində fəlsəfi fikir
Qədim Çində fəlsəfi fikirlərin formalaşması b.e.ə. VI-V
əsrlərə təsadüf edir.
Konfusiçilik əxlaqi-siyasi təlim olaraq qədim Çinin fikir
tarixində əhəmiyyətli yer tutur. Bu təlimin yaradıcısı böyük
mütəfəkkir Äb«/«s/ (b.e.ə. təxm. 551-479) olmuşdur. O,
ümumiyyətlə Çin mədəniyyətinin inkişafına çox böyük təkan
vermişdir. Konfusi ənənəvi görüşlərə söykənərək belə hesab
edirdi ki, göy (səma) ali ilahi varlıq kimi öz iradəsini insana
qəbul etdirir. Onun fəlsəfəsinin mərkəzində tərbiyə problemləri
dururdu. O, deyirdi ki, «Bütün insanlar öz təbiətlərinə görə
bir-birinə yaxındırlar, lakin onlar tərbiyə gedişində aynlırlar».
Konflısiçiliyə görə cəmiyyət «etika qanunlan» ilə idarə
olunmalıdır, yəni davranış normaları və qaydalanna, əxlaqi
əqidələrə, əxlaqi nümunə qüvvəsinə əsaslanmalıdır.
Bununla belə, bu təlimin çıxış nöqtəsini «göyün (səmanın)
buyuruğu» (əmr, yəni tale) konsepsiyasını hesab etmək olar.
Göy təbiətin bir hissəsi olsa da - ali mənəvi qüvvədir, təbiət və
insanı müəyyənləşdirir.
Konfusiçilik ilə din arasında funksional əlaqənin
mövcudluğu onun buddizm və daosizm ilə dinc yanaşı
yaşamasını mümkün etmişdi.
75
Konfusinin fikrincə xeyirxahlığı ancaq səmimi qəlbdən edən
adam uğur qazana bilər. «Nə vaxt ki, həqiqət, xeyirxahlıq,
ədalət prinsiplərini öyrənən insan bütün bunları başdansovdu
deyil, səmimi öyrənməyə meyl göstərir, onda həmin adam
böyüklüyə, müdrikliyə çata bilər. Belə adam imperiyanı
başqalarından yaxşı idarə etməyə qadirdin). ® Çünki
«xeyirxahlıq təbliğ edən hökmdar dan ulduzuna bənzəyir,
bürcdə başqa ulduzlar arasında özünə layiq yer tutun>.^
Konfiısinin aşağıdakı sözləri bizim zaman üçün də çox
aktualdır: «Qulluqda olmayan vaxt dövlət işlərinə qarışmaq
mənasızdır».’
Dostları ilə paylaş: |