Daosiznt
b.e.ə. I minilliyin ikinci yarısında meydana
gəlmişdir. Qədim Çinin dini-fəlsəfi məktəblərindən biri olan
Daosizmin başlanğıc ideyası dao (yol) haqqında təlimdir. Dao -
bütün Kainatın yaranması, inkişafı və məhv olması haqqında
əzəli, daimi və ümumi qanundur. Buradan belə bir nəticə
çıxarılır ki, insanın bütün davranışı mikrokosmosda insan daosu
(təbiəti) ilə, makrokosmosda isə bütün Kainatın daosu ilə
uzlaşmalıdır. Daoya zidd olan bütün hərəkətlər boş yerə qüvvə
itirmək deməkdir.
Daosizm əfsanəvi mütəfəkkir Lao-Tszının ideyalan əsasında
yaranmışdır. Onun fəlsəfəsinə görə dao ümumi vəhdət
deməkdir, onun nə adı, nə də forması var; eşidilmir, görünmür,
dərk edilmir, müəyyənləşdirilmir, lakin mükəmməldir. Dao
həm sükunətdədir, həm də daim hərəkət edir. O özü dəyişməsə
də, bütün dəyişikliklərin səbəbidir. Dao - daim vahid, dəyişməz,
keçici olmayan, həmişə mövcud olandır; o hər şeyin kökü,
bütün şeylərin anasıdır. «İnsan yerdən, yer göydən
(kosmosdan), göy daodan, dao isə özündən asılıdiD).
Adlar məktəbi.
Bu təlimin təmsilçiləri göstərirdilər ki, tarixi
dəyişikliklər ilə əlaqədar məlum olmuşdur ki, şeylərin özü ilə
adları arasında uyğunsuzluq var. Odur ki, gerçəkliyin dil
vasitəsilə ifadə edilməsi problemini həll etməyə yönəlmiş yeni
fikir cərəyanı meydana gəlir. Adlar məktəbi - şeylərin müna-
* *
Dostları ilə paylaş: |