Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə80/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   76   77   78   79   80   81   82   83   ...   540
1027 (1)

3.

 

Qədim Yaponiyada fəlsəfi fikir. 

Sintoizm. 

Qədim Yaponiyada fəlsəfi fikrin meydana gəlməsi əsas dini 

təlim  olan  sintoizm  ilə  (yaponca  «sintoizm»  -  allahların  yolu, 

təlimi) sıx bağlıdır. 

Sintoizm  tamamilə  yapon  xalqına  xas  olan  bir  dindir, 

konfusiçilik  və  buddizm  ilə  yanaşı  mövcuddur.  Bu  üç  din 

birləşərək  yapon  mədəniyyətini,  əxlaqını,  həyat  və  ölümə 

münasibətini  müəyyənləşdirir.  Sintoizmdə 



«kami»

  adlanan 

çoxlu allahlara 

**

 



** Bax: История философии в кратком изложении. М., 1991, с.58. 

77 


inanmaq mərkəzi yer tutur. Kami ilahi və yaxud mənəvi varlığı 

ifadə  edir.  Buraya  -  milləti  və  bəzi  ailələri,  xüsusən  imperator 

ailəsini  qoruyan  ruhlar,  həmçinin  sivilizasiyanın  yaranmasında 

xüsusi xidməti olan milli qəhrəmanların və alimlərin ruhu; təbiət 

hadisələri və obyektlərində ifadə olunan ruhlar - yağış, şimşək, 

günəş,  dağlar,  çaylar,  ağaclar  daxildir.  Kamilər  arasında  başçı 

Yaponiyanın  ilahi  himayəçisi  olan  Günəş  Allahı  -  Amaterasu 

hesab edilir. Kamilər çoxsifətli olsalar da dünyanın rifahı üçün 

birgə fəaliyyət göstərirlər. Ona görə də bəzi müəlliflər onları bir 

Allah kimi təsvir edirlər. İudaizm, xristianlıq və islamdan fərqli 

olaraq  sintoizmdə  insan,  təbiət  və  Allah  arasında  ciddi  fərq 

yoxdur; insan kamilərdən və öz sələflərindən gələn ruh sayəsində 

həyat  qazanır  və  axırda  özü  də  kami  olur.  Kamilərə  müxtəlif 

formalarda  sitayiş  etmək  olar,  lakin  ayinlər  adətən  mənzərəli 

yerdə tikilən məbədlərdə icra edilir. Dua edilən vaxt kamilər ilə 

birləşmək olar, bu anda insan aydın və işıqlı şüur qazanır. 

Sintoizm  etikası  harmoniya  ifadə  edən  «va»  (yuvarlaq)  və 

səmimiyyəti  göstərən  «makota»  ideyalarına  əsaslanır.  Rifah 

(xeyir)  isə  təmiz  ürəklə,  xoş  niyyət  və  əməkdaşlıq  üzərində 

qurulur. Kinli, hirsli olmaq insanı qara qəlbli, eqoist və nifrətli 

edir.  Sintoizmə  görə  belə  insanlar  həmişə  cəmiyyətin 

pozulmasına,  əhali  arasında  nifaq  başlamasına  səbəb  olurlar. 

Beləliklə,  bu  etika  göstərişlər  toplusu  ilə  məhdudlaşmır, 

cəmiyyətdə 

daxili, 

mənəvi 


səmimiyyətin, 

harmonik 

münasibətlərin yaranmasına xidmət etməyə çalışır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə