Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


  cümlədən  Yunanıstan  və  Romada  elmi  və  ictimai  fikrin  inkişafına çox böyük təsir göstərmişdi.  5



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə82/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   78   79   80   81   82   83   84   85   ...   540
1027 (1)

0

  cümlədən  Yunanıstan  və  Romada  elmi  və  ictimai  fikrin 

inkişafına çox böyük təsir göstərmişdi. 

5.

 

Qədim Azərbaycanda və İranda fəlsəfi fikir. 

Zərdüştlük. 

Dualist  din  (dini  fəlsəfə)  olan  Zərdüştlük  b.e.ə.  VII-VI 

əsrlərdə  Qədim  Azərbaycan  və  İran  ərazisində  meydana 

gəlmişdir.  Bu  dinin  yaradıcısı  Zərdüşt  (yun.  Zoroästr, 

Zaratuştra) ol- 

79 



muşdur. O, bu dinin müqəddəs kitabı olan «Avesta»nın ən qədim 

hissəsinin müəllifidir. «Avesta» («Qanun») üç kitabdan ibarətdir: 

Vendidad, Yasna və Vispered. Əvvəlki iki kitabda toplanmış dini 

mərasimləri əks etdirən mətnlər - yaştlar «Aves- ta»nın ən qədim 

hissələri  hesab  olunur.  Onlar  irili-xırdalı  müxtəlif  vaxtlarda 

yaranmış  iyirmi  bir  himndən  ibarətdir.  Yas-  nanın  əsas 

məzmununu  Zərdüştün  lirikası  -  qatlar  təşkil  edir.  Vispered 

Yasnanın ayn-ayrı hissələrinə əlavədir. 

Zərdüştlüyün əsas ideyası  - dünya qaydalannm xeyir və şər, 

işıq və zülmət, həyat və ölüm arasında gedən mübarizədən asılı 

olması  fikridir.  Kainatın  müsbət  başlanğıcının  təcəssümü  - 

Hörmüz (Ahura-Məzdə), mənfi başlanğıcının isə - Əh- rimandır 

(Ahura-Manyu).  Onlann  hər  ikisi  «Sonsuz  vaxt»ın  -  allah 

Ervanın  oğullarıdır.  Onlann  banşması  mümkünsüzdür.  Zərdüşt 

deyirdi:  «Mən  varlığın  başlanğıcında  olan  iki  Ruh  haqqında 

demək istəyirəm ki, onlardan biri - İşıqlı (Ahura- Məzdə) kinli 

yamana (Ahura-Manyu) dedi: «Bizim nə fikrimiz, nə təlimimiz, 

nə  iradəmiz,  nə  əqidəmiz,  nə  sözümüz,  nə  işimiz,  nə  bizim 

inamımız, nə bizim qəlbimiz uyğun gəlmin>.® 

«Avesta»da deyilir ki, şər daimi deyil, həm mənəvi, həm də 

dini pərəstiş baxımından ondan təmizlənmək yolu ilə şəri aradan 

götürmək  mümkündür.  Bu  təmizlənmədə  əsas  rolu  oda  sitayiş 

etmək tutur. Od insanı saflaşdırır. Zərdüşt Hörmüz tərəfdarlarına 

öləndən  sonra  o  dünyada  gözəl  güzaran,  Əhrima-  nın 

davamçılarına  isə  məşəqqətli  ağır  vəziyyət  vəd  edir.  Zər- 

düştlükdəki  cismani  ölümdən  sonra  həyat,  dünyanın  axın, 

öləndən sonra mükafat, son məhkəmə, ölülərin dirilməsi, bakirə 

qızın  gələcəyin  xilaskannı  doğması  ideyalan  sonralar  meydana 

gələn dinlərə də keçmişdir. 

«Avesta»da  Hörmüz  yeganə  Yaradıcı  hesab  edilir,  Ahura  - 

Qədim  Assuriya  allahlarından  birinin  adı  idi.  Zərdüşt  bu  ada 

«məzdə» sözünü əlavə etmişdi. Bu söz «bilən böyük Yaradıcı» 

deməkdir.  «Avesta»da  Hörmüzün  (Ahura-Məzdənin)  20  adı 

göstərilir: 1. Soruşulan, sual edilən (tam, bol); 2. Arzu edilən; 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə