II. Antik fəlsəfə
1.
Antik fəlsəfənin meydana gəlməsi
Antik fəlsəfə və yaxud qədim yunan və romalıların fəlsəfəsi
b.e.ə. VI əsrdə Yunanıstanda meydana gəlmiş və b.e. VI əsrinə
qədər davam etmişdir. Ənənəvi olaraq yunan fəlsəfəsinin
inkişafı bütöv bir dövr kimi yaranma (b.e.ə. VI əsr), çiçəklənmə
və yetkinlik, başqa sözlə klassik mərhələdən (b.e.ə. V-IV əsrlər)
keçərək tənəzzülə doğru uzun bir yol keçmişdir. Sönmə vaxtı və
yaxud ellinizm fəlsəfəsi Roma imperiyasında b.e.ə. III-I əsrləri,
tənəzzül isə b.e. I-VI əsrlərini əhatə edir.
Cəmiyyət, əxlaq, qanun haqqında fikirlər «yeddi müdrik-
lər»in (b.e.ə. VII-VI əsrlər) dünyagörüşündə əsas yer tuturdu.
Onların ayrı-ayrı müdrik kəlamları xalq arasında geniş
yayılmışdır. Bir neçə misal göstərək.
1.
Kleobul:
«Ölçü hər şeydən yaxşıdır»; «güc ilə heç nə
etmə» «həm cismani, həm də ruhən sağlam ol» və s.
2.
Solon:
«Artıq heç nə»; «tabe olmağı öyrənsən idarə
etməyi də öyrənə bilərsən»; «öz vətəndaşlarına ən xoş şeyləri
deyil, ən faydalı şeyləri məsləhət gör» və s.
3.
Dostları ilə paylaş: