ilk yunan filosofları əvvəlcə Misirdə və qismən Babilistanda
müəyyən təlim keçib Yaxın Şərqin elmi fikrinin nailiyyətlərini
öyrənirdilər. Lakin qabiliyyətli şagirdlər tezliklə öz
müəllimlərini ötüb keçdilər.
Yunan fəlsəfəsi xüsusi fəlsəfi tədqiqatlar sahəsi kimi deyil,
təbii-elmi biliklərlə, siyasi anlayışlann ünsürləri ilə, ilkin şərti
mifologiya olan incəsənət ilə sıx əlaqədə olan bilik sahəsi kimi
meydana gəldi. Yalnız b.e.ə. III əsrdən başlayaraq bir çox
elmlər aynlaraq xüsusi bilik sahəsinə çevrildilər.
Antik fəlsəfənin tənəzzül dövrü onunla xarakterizə olunur ki,
hissi-maddi Kosmos obyekt kimi deyil, iradəsi və hissiyyatı
olan, özü-özünü dərk edən və tarixin yaradıcısı ola biləcək
subyekt kimi öyrənilir.
Qədim Yunan fəlsəfəsini ümumiyyətlə Qərb mədəniyyətinin
başlanğıcı və əsası hesab edənlər çoxdur. XX əsrin məşhur
ingilis filosofu B.Rassel yazmışdır: «Qərb sivilizasiyasının
intellektual əsasında yaxşı nə varsa hamısı düşünən Yunanıstan
ənənələrinə gedib ç ı x ı r ». O , bir qədər ifrata vararaq deyir:
«Bütün Qərb fəlsəfəsi yunan fəlsəfəsidİD>.‘^
2.
Dostları ilə paylaş: