Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Xilon:   «Özünü  tanı»;  «yol  gedərkən  tələsmə»;  «qanuna  tabe ol» və s.  4.   Fales



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə85/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   81   82   83   84   85   86   87   88   ...   540
1027 (1)

    Bu səhifədəki naviqasiya:
  • Pittak
Xilon:

  «Özünü  tanı»;  «yol  gedərkən  tələsmə»;  «qanuna 

tabe ol» və s. 

4.

 

Fales:



  «Qibtə  yazıqlıqdan  yaxşıdır»;  «hakimiyyətdə 

olarkən özünü də idarə et» və s. 

5.

 

Pittak:



  «Yaxınlannda  səni  hiddətləndirənləri  özündə 

etmə» və s. 

6.

 

Biant:



 «İnsanların əksəriyyəti naqisdir»; «işi tələsmədən 

başla,  başlayanda  isə  sona  çatdın>,  «daha  çox  dinlə»;  «sözü 

yerində de» və s. 

7.

 



Periandr:

  «Demokratiya  tiraniyadan  yaxşıdır»;  «vədi 

yerinə  yetir,  onu  pozmaq  alçaqlıqdır»;  «uğursuzluğunu  gizlə, 

düşmənini sevindirmə» və s. 

Antik  fəlsəfənin  əsas  problemlərinin  məzmununu  mütləq 

(absolyut) sayılan hissi-maddi Kosmos  və onu məqsədəuyğun 

idarə edən kosmik ruh və ağıl təşkil edir. 

82 



ilk yunan filosofları əvvəlcə Misirdə və qismən Babilistanda 

müəyyən təlim keçib Yaxın Şərqin elmi fikrinin nailiyyətlərini 

öyrənirdilər.  Lakin  qabiliyyətli  şagirdlər  tezliklə  öz 

müəllimlərini ötüb keçdilər. 

Yunan fəlsəfəsi xüsusi fəlsəfi tədqiqatlar sahəsi kimi deyil, 

təbii-elmi  biliklərlə, siyasi  anlayışlann ünsürləri ilə, ilkin  şərti 

mifologiya olan incəsənət ilə sıx əlaqədə olan bilik sahəsi kimi 

meydana  gəldi.  Yalnız  b.e.ə.  III  əsrdən  başlayaraq  bir  çox 

elmlər aynlaraq xüsusi bilik sahəsinə çevrildilər. 

Antik fəlsəfənin tənəzzül dövrü onunla xarakterizə olunur ki, 

hissi-maddi  Kosmos  obyekt  kimi  deyil,  iradəsi  və  hissiyyatı 

olan,  özü-özünü  dərk  edən  və  tarixin  yaradıcısı  ola  biləcək 

subyekt kimi öyrənilir. 

Qədim Yunan fəlsəfəsini ümumiyyətlə Qərb mədəniyyətinin 

başlanğıcı  və  əsası  hesab  edənlər  çoxdur.  XX  əsrin  məşhur 

ingilis  filosofu  B.Rassel  yazmışdır:  «Qərb  sivilizasiyasının 

intellektual əsasında yaxşı nə varsa hamısı düşünən Yunanıstan 

ənənələrinə  gedib  ç ı x ı r ». O ,   bir  qədər  ifrata  vararaq  deyir: 

«Bütün Qərb fəlsəfəsi yunan fəlsəfəsidİD>.‘^ 

2.

 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə