əsası b.e.ə. I minilliyin ortalannda müdrik aqil Brixaspati
tərəfindən qoyulmuşdur. Lokayata maddi dünyadan başqa hər
hansı başqa aləmin mövcudluğunu inkar edir.
Yeni eranın əvvəllərindən başlayaraq Hindistanda yaşayan
müxtəlif etnik qrupların mədəniyyətlərinin uzun tarixi
təkamüldən sonra tədricən birləşməsi
hinduizmin
yaranmasına
gətirib çıxartdı. Bu dini təlim daha çox vedizm, xüsusən
brahma- nizm ideyalarının bilavasitə təsiri nəticəsində
yaranmışdı.
Hinduizmin fəlsəfi cəhətdən əsaslandırılması aşağıda adları
çəkilən altı sistemdə baş verir, bu sistemlərin də hər birində
xeyli məktəblər var.
Sankxya.
Əsası Kapila tərəfindən hələ b.e.ə. qoyulmuş bu
sistem b.e. təxminən III əsrində artıq müstəqil bir təlim kimi
fəaliyyət göstərməyə başlayır. Bu təlimə görə «dünyanın əsa-
sı»nı nə isə şüurlu olmayan bir şey təşkil edir. Sankxya
öyrədirdi ki, dünyanın ilk səbəbi olan maddi başlanğıc - prakrit
(materiya, təbiət) mövcuddur.
Yoq(L
B.e. II əsrində Patancali tərəfindən yaradılan Yoqa
fəlsəfəsi əsas diqqəti psixoloji və fizioloji kateqoriyaların
tədqiqinə və praktiki psixoloji təhsilə yönəldir. Sözün geniş
mənasında «yoqa» termini meditasion praktikanı göstərmək
üçün istifadə edilir.'*
Bütövlükdə yoqa sisteminin əsas elementi psixoloji cəhətdən
istiqamətləndirilmiş məşqlərdir.
Vayşeşika.
Bu məktəbin banisi «Vayşeşika sutra» əsərinin
müəllifi Kanada (b.e. I əsri) olmuşdur. Bu təlimin əsas
müddəaları odur ki, dünyada daimi dəyişiklik baş verir, əbədi
və dövrü olaraq yaranma və yoxolma prosesi davam edir. Lakin
bu daimi prosesdə bir sabit element də var - anu (atom).
Vayşeşiklərin fikrincə atomlar heç kim tərəfindən yaradılmır,
onlar əbədi və məhvedilməzdir.
Nyaya.
Qotama tərəfindən əsası qoyulmuş bu sistemdə
fəlsəfi məsələlərin məntiqin yardımı ilə tədqiq edilməsi diqqət
Dostları ilə paylaş: